Kiyevin “Dinamo” klubu hazırkı baş məşqçisi Sergey Rebrovu istefaya göndərəcək.
Qol.az-ın xəbərinə görə, bu haqda Ukraynanın sportanalytic.com saytı məlumat yayıb.
Bildirilib ki, buna paytaxt təmsilçisinin son vaxtlar ölkə çempionatında uğursuz çıxışı səbəb olub.
İddia edilir ki, “Dinamo”nun sahibi İqor Surkis hazırda komandaya yeni baş məşqçinin gətirilməsi istiqəmətində fəal iş aparır. Sergey Rebrovdan sonra bu vəzifəyə əsas namizədlər kimi isə “Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk və bu yaxınlarda Rusiyanın “Krasnodar” komandasından istefa verən Oleq Kononov göstərilir.
Sayt yazıb ki, hazırda heç bir klubda işləmədiyinə görə Kononovu indidən kluba cəlb etmək olar.
"R.Qriqorçuka gəlincə isə o, “Qəbələ” ilə ən azı Avroliqanın qrup mərhələsinin sonuna qədər çalışmaq fikrindədir” – deyə sayt yazıb.
Qeyd edək ki, S.Rebrov istefaya göndərilməsinin mümkünkülüyünə münasibət bildirib. O jurnalistlərə deyib ki, klubun sahibi baş məşqçini istefaya göndərməkdə sərbəstdir: “Mən isə bir məşqçi olaraq çalışıram ki, hər oyunda komandam uğur qazansın”.
Olise də sıradan çıxdı
"Bavariya"ya Keyn şoku
“Bavariya”dan xal itkisi
Ronaldo 986-cı qolunu vurdu
Kandido 1:5-lik məğlubiyyətin səbəblərindən danışdı
Yeni rekord olacaq: Bütün biletlər satıldı!
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
“Barselona” gənc futbolçusu ilə müqaviləni uzatdı
"Klublardan üzr istəyirəm" - Millimizin baş məşqçisi
Yevlaxda vurulan 4 qol - Video
Azərbaycan millisi İraqa qalib gəldi
Perkons “Zirə” ilə heç-heçəni şərh etdi
"Sumqayıt" - "Sabah": Heyətlər
Rəşad Sadıqov: “Qəribə hadisələr baş verir”
Mərkəzi oyunda qalib müəyyənləşmədi
Millətlər Liqasında 1/4 finalın püşkü atıldı
Azərbaycan millisi ərəblərlə qarşılaşacaq
"Real" Kurtua ilə müqaviləni uzatdı - Rəsmi
PSJ-də yeni müqavilələr olacaq
Azərbaycanın güləş millisi Gürcüstanda çempion oldu