İstanbulun «Beşiktaş» klubunun prezidenti Yıldırım Dəmirörən seçkilərdə vəzifəsində qalmaq üçün mübarizəni davam etdirir. Bu işdə Dəmirörənə əsas dəstək verənlərdən biri Türkiyədə yaşayan azərbaycanlı iş adamı, «Xəzər Lənkəran» klubunun sahibi Mübariz Mənsimovdur. Məlum olduğu kimi, Dəmirörən bu dəstəyin qarşılığında Mübariz Mənsimovu «Beşiktaş»ın İdarə Heyətinə gətirəcəyini vəd edib. Lakin sonradan «Beşiktaş»ın rəhbəri Mənsimovun AFFA prezidentliyinə namizəd olduğunu və bu səbəbdən «Xəzər Lənkəran»ın fəxri sahibinin həmin təklifdən imtina etdiyini söyləyib. Bu halda «Beşiktaş»ın İdarə Heyətindəki yer Mənsimovun «sağ əli» hesab edilən Alaattin Aykaça vəd edilib.
Qol.Az-ın məlumatına görə, «Fanatik» qəzetinə verdiyi müsahibədə Aykaç Yıldırım Dəmirörənin «Beşiktaş»ın ayaqda qalması üçün əlindən gələni etdiyini söyləyib: «Bu dəstək sayəsində «Beşiktaş»ın canı faiz borclarından qurtuldu. «Beşiktaş»ın hazırkı borcları bizi narahat etmir. «Beşiktaş» bütün sıxıntıları aşmaq gücündədir».
«Beşiktaş»ın borcunu ödəyəcəklərini deyən A.Aykaç hazırkı baş məşqçi Mustafa Dənizlinin komandada qalmasına tərəfdər olduqlarını söyləyib. O, həmçinin «Beşiktaş»ın «İnönü» stadionunun yeniləmək niyyətində olduqlarını da vurğulayıb: «Bu gün bütün Avropada böyük klubların ən önəmli gəliri stadionlardır. Sabit gəlir olmayan və azarkeş dəstəyi almayan klubların yaşamaları çox çətindir. «İnönü» stadionunun yenilənməsi layihəsinə böyük diqqət ayıracağıq”.
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı