Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakıda "Qarabağ"a uduzan (0:2) "Düdelanj"ın qapıçısı Conatan Faubert Lüksemburq mətbuatına müsahibə verib.
Qol.az-ın məlumatına görə, 36 yaşlı qolkiper ilk görüşdə "Qarabağ"ın onları müdafiə olunmağa məcbur etdiyini bildirib:
- Avrokuboklarda 30-dan çox oyun keçirmiş qapıçı kimi "Qarabağ"a məğlubiyyət sənin üçün nə dərəcədə gözlənilən oldu?
- Yuxarı, aşağı "Qarabağ"ın iki il öncə qarşılaşdığımız "Ludoqorets" (Bolqarıstan) səviyyəli bir komanda olduğunu deyərdim. Futbolçuların fərdi oyunu baxımından "Qarabağ" çox güclüdür. Elə 2012-ci ildə mübarizədən kənarlaşdırdığımız "Zalsburq" kimi. "Qarabağ" topla yaxşı davranan, paslaşan bir kollektivdir. Bakıda 15 min azarkeş qarşısında oynamaq çətin idi. Rəqib bizi daha çox müdafiə olunmağa məcbur etdi. Xüsusilə, ilk hissədə.
- Buraxılan iki qolu nəzərə almasaq, qapıda pis təsir bağışlamadın?
- Bəli. Hesabın məntiqli nəticə olduğunu deyə bilərik. İkinci qolu buraxdıqdan sonra oyunu dəyişmək üçün xeyli vaxtımız var idi. Fasilədən sonra hesabı dəyişmək üçün çox çalışdıq. Ancaq yüz faizlik qol vəziyyətləri yarada bilmədik və nəticədə uduzduq.
- Penalti zərbəsini dəf etməyə çox yaxın oldun...
- Bəli, çox məyus oldum. İstiqaməti tapdım, topa da toxundum. Ancaq onun qapıya daxil olmasının qarşısını ala bilmədim.
- Cavab oyunu öncəsi mərhələ keçmək şanslarını necə dəyərləndirirsən?
- İlk görüşdə 0:2 hesabı ilə uduzduqda, mərhələ keçmək şansın elə də yüksək olmur. Gərək real danışaq, qarşımızda böyük komanda var. Lakin mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik. Oyunu mükəmməl keçirməliyik. Əgər zəif çıxış etsək, mərhələ adlamağımız mümkün olmayacaq. Hətta kiçik səhv də həlledici ola bilər. Ancaq futbolda hər şey mümkündür. Biz daha öncə "Zalsburq"la görüşdə mərhələ adlamağı bacarmışıq.
- Cəbəllütariq çempionu "Linkoln" evdə Şotlandiya "Seltik"ini 1:0 hesabı ilə məğlub etdi...
- Bu, bir daha Avropada "kiçik komanda"nın olmadığını göstərir. Əgər favorit komanda qol vura bilmirsə, deməli, hər şey ola bilər. Artıq onlar pul haqda yox, turnirdə irəliləmək haqda düşünəcəklər. Cavab görüşündə hər şey ola bilər.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı