"Yarımfinalda kimlə oynayacağımızdan asılı olmayaraq, qalib gəldiyimiz üçün çox şadıq. Anladım ki, turnir hələ bizim üçün başa çatmayıb".
Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv "Avro-2016"nın 1/4 finalında İtaliyaya qalib gəldikləri oyundan sonra deyib.
Almaniyalı mütəxəssis penaltilər seriyasına daha öncədən hazırlaşdıqlarını bildirib: "Daha öncədən penaltilər seriyasına hazırlaşmışdıq. Ən çətin anlar futbolçuların meydanın mərkəzindən gələrək topa yaxınlaşmaları və qələbədə nə qədər pay sahibi olduqlarını düşünmələridir. Gənc futbolçularımız - Kimmix və Hektorun zərbələri dəqiq yerinə yetirmələri həlledici oldu. Hektorla qısa danışdım. O da son zərbəni dəqiq yerinə yetirdi".
Komandasında itkilər haqda danışan Löv bunları bildirib: "Yaxşı ki, Xediranı dərhal əvəzlədik. Onun zədəsi var. Ancaq yarımfinal oyununa qədər bərpası üçün xeyli vaxtı olacaq. Hummels isə cəzalı duruma düşdüyündən yarımfinal oyununu buraxacaq. Bu problemləri həll etməliyik".
Qeyd edək ki, penaltilər seriyasında 6:5 hesabı ilə qalib gələn Almaniya millisi yarımfinala yüksəlib. Bundestimin finala gedən yolda rəqibi Fransa - İslandiya cütünün qalibi olacaq.
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər
2-ci liqada 8-ci tura yekun vuruldu
Elvin həkim nəzarətində məşqə çıxdı - Şəkillər
“Mançester Yunayted”də ciddi itki
Azərbaycanın U-15 millisinin dünya çempionatı üçün heyəti
Xəyal etdi, inandı, qazandı
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
“Sabah”ın U-19 komandası "Borussiya"ya uduzdu