"Bizim Avropa çempionu olmaq şansımız var. Sənin neçə yaşının olmasının önəmi yoxdur - 18, 20 və ya daha artıq. Sənin titul qazanmaq imkanın var və bundan yararlanmalısan. Daha sonra nə olacağını düşünməməlisən".
Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam "Avro-2016"nın finalında Portuqaliya ilə qarşılaşacaqları oyun haqda danışarkən deyib.
Fransalı mütəxəssis finalda oynayacaqları taktika haqda düşünmədiklərini bildirib: "Parisdə final matçında oynamaq böyük şərəfdir və futbolçular da bunu anlayırlar. Yarımfinal görüşündən sonra bizim taktika haqda düşünməyə vaxtımız olmayıb. Belə çətin oyundan sonra bərpa olunmaq daha önəmli idi. Əminəm ki, futbolçular son dərəcə əhəmiyyətli oyuna hazır olacaqlar".
Futbolçu kimi "Avro-2000"dəki zəfərini xatırladan Deşam Portuqaliya millisinin gücündən də danışıb: "2000-ci ildəki qələbəm oyunçu qismində idi. İndi isə fərqli tarixdir. Əlbəttə, hazırda baş məşqçi kimi mən də komandanın bir hissəsiyəm. Bu çox xoş və faydalı bir təcrübə oldu. Ancaq mən keçmiş haqda danışmağı sevmirəm. Portuqaliya çox güclü komandadır. Onlar da bizim kimi turnirin əvvəlində tənqidlərə məruz qaldılar. Lakin həm biz, həm də onlar finala yüksəldi. Bu çox təcrübəli komandadır və rəqibdən asılı olaraq taktikanı dəyişə bilirlər. Rəqibin müdafiə xətti çox etibarlı oynayır. Portuqallar rəqibə yüksək təzyiq etmirlər, ancaq çox sürətli əks hücuma keçirlər".
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər
2-ci liqada 8-ci tura yekun vuruldu
Elvin həkim nəzarətində məşqə çıxdı - Şəkillər
“Mançester Yunayted”də ciddi itki
Azərbaycanın U-15 millisinin dünya çempionatı üçün heyəti
Xəyal etdi, inandı, qazandı
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
“Sabah”ın U-19 komandası "Borussiya"ya uduzdu
“Real” İngiltərə klublarından 80 milyon avro tələb edir