"Komanda futbolu oynayırıq. Oyunçularıma hər zaman bu cür oynamağı söyləyirdim. Onlara həmişə çempion ola biləcəyimizi deyirdim və budur, biz qalibik. Qələbəyə layiq idik".
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş "Avro-2016"nın finalənda Fransaya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
O, birinci hissədə zədələndiyi üçün əvəzlənən komandanın kapitanı Krişiano Ronaldonun meydanda qalmaq üçün çox çalışdığını vurğulayıb:
"Ancaq alınmadı. O, komanda yoldaşlarına kömək etməyə çalışdı. Bu, vacib addım idi. Ona təşəkkür edirəm. Bizim parlaq gələcəyimiz var, amma indi qələbəni bayram etmək vaxtıdır".
F.Santuş rəqib komandanın futbolçusu Dimitri Payenin Ronaldonu zədələdiyi epizodu belə şərh edib:
"Həmin epizodda Paye cəzalandırılmalı idi. Mən hakimlərə hörmət edirəm, onları öyrətməyə çalışmıram. Ancaq Ronaldoya qarşı qayda pozuntusuna yol verilmişdi".
Təcrübəli mütəxəssis qarşılaşmanın ən yaxşı futbolçusu seçilən Pepe haqda da danışıb:
"İnsanların Pepeni niyə sevmədiyini anlamıram. Onu pis oğlan adlandırırlar. Amma Pepe meydanda bütün gücünü ortaya qoyur. Bu oyunda da etibarlı oynadı. O, qarşılaşmanın ən yaxşı futbolçusu seçilməyə layiq idi".
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər
2-ci liqada 8-ci tura yekun vuruldu
Elvin həkim nəzarətində məşqə çıxdı - Şəkillər
“Mançester Yunayted”də ciddi itki
Azərbaycanın U-15 millisinin dünya çempionatı üçün heyəti
Xəyal etdi, inandı, qazandı
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
“Sabah”ın U-19 komandası "Borussiya"ya uduzdu
“Real” İngiltərə klublarından 80 milyon avro tələb edir