İslandiya prezidentindən futbolçulara jest

İslandiya prezidentindən futbolçulara jest
AVRO-2016 2 İyul 2016 / 16:56 11314
-  A +

İslandiya prezidenti Qudni Yohanesson "Avro-2016”nın 1/4 finalına yüksələn yığması üçün böyük jest etməyə hazırlaşır.

Qol.az-ın məlumatına görə, o, 1/4 finalda  Fransa ilə keçiriləcək oyunu stadiondan izləyəcək.

Maraqlısı budur ki, Yohanesson oyunu VİP lojadan deyil, azarkeşlərlə birlikdə tribunadan izləyəcək.

Prezident bu barədə  FİFA-nın saytına açıqlam verib: “Niyə VİP otağında oturub, şampanla başımı qatmalıyam? Bunu dünyanın istənilən nöqtəsində edə bilərəm. Mən öz azarkeşlərimizlə birlikdə tribunada olacam. Əynimdə də İslandiya yığmasının futbolkası”.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner