"Ronaldo - Beyl yox, Portuqaliya - Uels qarşılaşması olacaq"

"Ronaldo - Beyl yox, Portuqaliya - Uels qarşılaşması olacaq"
AVRO-2016 2 İyul 2016 / 14:37 8437
-  A +

“Belçika millisində fərdi cəhətdən güclü futbolçular çoxdur. Ancaq biz komanda oyununda onları üstələdik. Qələbə qazanaraq millimiz və ölkəmiz üçün tarix yazdıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri Uels millisinin futbolçusu Qaret Beyl Belçikaya qalib gəldikləri oyundan (3:1) sonra deyib.

Uels millisi  yarımfinalda Portuqliya ilə qarşılaşacaq. “Ronaldo ilə qarşılaşmadan nə gözləyirsən” sualını “Real”ın futbolçusu belə cavablandırıb: “Bu, Ronaldo – Beyl yox, Portuqaliya – Uels qarşılaşması olacaq”.

Qeyd edək ki, sözügedən oyun iyulun 6-da keçiriləcək.

Son xəbərlər
topaz banner