"Oyuna yaxşı başlamadıq. Birinci hissədə hesabı bərabərləşdirmək bizim üçün önəmli idi. Fiziki cəhətdən güclü oyunçuları orta xəttdə oynatmaq istədik, ancaq erkən qol buraxdıq. İlk hissənin ortalarına qədər öz oyunumuzu oynaya bilmədik. Renato Sançesə tapşırıq verdikdən sonra bərabərlik qolunu vurduq. Polşa güclü rəqib idi".
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş "Avro-2016"nın 1/4 finalında Polşaya penaltilər seriyasında 5:3 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
O, Pepe və Kriştiano Ronaldonun sözügedən qarşılaşmada yaxşı oyun nümayiş etdirdiklərini bildirib:
"Ronaldo komandanın lideri olduğu üçün insanlar onu tənqid etməyi sevir. Bu gün komanda yaxşı idi. Pepe və Ronaldo bütün təcrübələrini meydanda göstərdilər. Bu mərhələdə erkən qol buraxdıqdan sonra qələbə qazanmaq asan deyil. Komandam bunu bacardı. İkinci hissədə güclü tərəf biz idik. Yarımfinalı səbirsizliklə gözləyirik".
F.Santuş hədəflərinə doğru yaxınlaşdıqlarını söyləyib:
"Portuqaliya xalqını qürurlandırmaq istəyirik. Penaltilər seriyasında şans amili böyük rol oynayır, ancaq burada xarakter göstərmək lazımdır. Bilirdik ki, rəqib penalti zərbələrini yaxşı yerinə yetirir. Çünki onlar bundan əvvəl İsveçi penaltilər seriyasında udmuşdular. Oyunçularıma rahat olmalarını və bütün penalti zərbələrini düzgün yerinə yetirəcəklərini söylədim".
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər
2-ci liqada 8-ci tura yekun vuruldu
Elvin həkim nəzarətində məşqə çıxdı - Şəkillər
“Mançester Yunayted”də ciddi itki
Azərbaycanın U-15 millisinin dünya çempionatı üçün heyəti
Xəyal etdi, inandı, qazandı
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
“Sabah”ın U-19 komandası "Borussiya"ya uduzdu