"Avro-2016"da 1/8 final mərhələsinin oyunlarına yekun vurulub.
Qol.az-ın məlumatına görə, keçirilən iki oyunla 1/4 finalın bütün iştirakçıları müəyyənləşib.
Günün maraqla gözlənilən görüşü İtaliya və İspaniya komandaları arasında keçirilib. Türkiyəli referi Cüneyt Çakırın idarə etdiyi oyun italyanların qələbəsi ilə yekunlaşıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn İtaliya 1/4 finala adlayıb. Son Avropa çempionu olan İspaniya yığması isə turnirlə vidalaşıb.
1/8 final mərhələsinin son oyununda da sürpriz nəticə qeydə alınıb. İngiltərə və İslandiya yığmaları münasibətlərinə aydınlıq gətirib. Bu mərhələyə qədər inamla irəliləyən İslandiya millisi güclü rəqibi üzərində tarixi qələbə qazanaraq (2:1) 1/4 finala adlayıb. Bunula da İslandiya sensasiyalı nəticəyə imza atıb.
27 iyun
"Avro-2016", 1/8 final
23:00. İngiltərə - İslandiya - 1:2
Qollar: Ueyn Runi, 4-pen (1:0), Raqnar Siqurdson, 6 (1:1), Kolbein Siqthorsson, 18 (1:2)
Baş hakim: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik və Robert Vukan
Əlavə köməkçi-hakimlər: Matej Yuq və Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Karlos Velasko Karbalyo (İspaniya)
Nitsa. Nitsa şəhər stadionu.
20:00. İtaliya - İspaniya - 2:0
Qollar: Corcio Kyellini, 33 (1:0), Qraziano Pelle, 90+1 (2:0)
Baş hakim: Cüneyt Çakır
Yan xətt hakimləri: Bahattin Duran, Tarık Ongun
Əlavə köməkçi-hakimlər: Hüseyin Göçek ve Barış Şimşek (hamısı Türkiyə)
Dördüncü hakim: Martin Atkinson (İngiltərə)
Sent-Denis. "Stad de Frans" stadionu.
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər
2-ci liqada 8-ci tura yekun vuruldu
Elvin həkim nəzarətində məşqə çıxdı - Şəkillər
“Mançester Yunayted”də ciddi itki
Azərbaycanın U-15 millisinin dünya çempionatı üçün heyəti
Xəyal etdi, inandı, qazandı
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
“Sabah”ın U-19 komandası "Borussiya"ya uduzdu