"Avro-2016"da 1/8 final mərhələsinin oyunlarına start verilib.
Qol.az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma keçirilib.
Günün ilk oyunu İsveçrə və Polşa komandaları arasında olub. 90 dəqiqədə qalib müəyyənləşməyib. Hərəyə 1 dəfə fərqlənən komandalar meydandan bərabərliklə ayrılıb - 1:1. Əlavə vaxtda da qol olmadığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan Polşa (5:4) 1/4 finala yüksəlib.
Britaniya derbisində Uels və Şimali İrlandiya yığmaları üz-üzə gəlib. Bu matçın taleyini bir qol həll edib. Qaret Makaulinin 75-ci dəqiqədəki avtoqolu Uelsi 1/4 finala yüksəlib - 1:0.
Günün ən maraqla gözlənilən görüşü Xorvatiya və Portuqaliya arasında keçirilib. Matçın əsas vaxtında qapılara qol vurulmadığından əlavə vaxta ehtiyac duyulub. Kriştiano Ronaldonun kapitan olduğu Portuqliya yığması 116-cı dəqiqədə rəqib qapısına yol tapıb və görüş onların qələbəsi ilə başa çatıb - 1:0. Beləliklə, Polşa, Uels və Portuqaliya millisi 1/4 finala yüksəlib.
Qeyd edək ki, Polşa və Portuqaliya milliləri 1/4 finalda qarşılaşacaq.
25 iyun
"Avro-2016", 1/8 final
23:00. Xorvatiya - Portuqaliya - 0:1
Qol: Quareşma, 116
Baş hakim: Karlos Velasko Karbalyo
Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes,
Əlavə köməkçi-hakimlər: Xesus Gil Manzano, Karlos del Serro Qrande (hamısı İspaniya)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Lans. "Boller Delelis" stadionu
17:00. İsveçrə - Polşa - 1:1 (Penaltilər seriyası - 4:5)
Qollar: Yakub Blaşikovski, 39 (0:1), Xerdan Şakiri, 82 (1:1)
İsveçrə: + - + + +
Polşa: + + + + +
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)
Sent-Etyen. "Joffrua Gişar" stadionu
20:00. Uels - Şimali İrlandiya - 1:0
Qol: Qaret Makauli, 75-avtoqol (1:0)
Baş hakim: Martin Atkinson
Yan xətt hakimləri: Mixael Mullerkey, Stefan Çayld
Əlavə köməkçi-hakimlər: Mixael Oliver, Kreyq Pouson (hamısı İngiltərə)
Dördüncü hakim: Feliks Brix (Almaniya)
Paris. "Park de France"
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər
2-ci liqada 8-ci tura yekun vuruldu
Elvin həkim nəzarətində məşqə çıxdı - Şəkillər
“Mançester Yunayted”də ciddi itki
Azərbaycanın U-15 millisinin dünya çempionatı üçün heyəti
Xəyal etdi, inandı, qazandı
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
“Sabah”ın U-19 komandası "Borussiya"ya uduzdu