“Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçukun müsahibəsi
- Ukraynalı köməkçiləriniz və sizə çoxdan tanış olan futbolçular "Qəbələ”dən getdi. Özünüzü tənha hiss etmirsiz ki?
- Xeyr. Artıq Azərbaycanda yetərincə dostlarım var. Buna görə də özümü tənha hiss etmirəm.
- Yəqin ki, bu yöndə ən böyük dəstəkçiniz ailənizdi...
- Əlbəttə ən böyük dəstəkçim doğmalarımdı. Başqa cür ola da bilməz. Bunu hər zaman qeyd edirəm ki, mənim gözəl ailəm var. Çünki hər zaman yanımdadılar, onların dəstəyini hiss edirəm. Təbii ki, köməkçlərim və gedən futbolçular üçün darıxıram, çox darıxıram. Onlarla uzun müddət bir yerdə işlədik, çox böyük işlər gördük. Amma klub rəhbərliyinin dəstəyini də yaddan çıxarmaq olmaz.
- Mətbuatda sizin də gedəcəyinizlə bağlı məlumatlar yayılmaqda idi. Belə durumda xanımınızın "Roman, bəlkə biz də gedək" sualı ilə baş-başa qalmadınız?
- Köməkçilərimin başqa çıxış yolu yox idi. Ailə səbəblərinə görə ayrılmaq məcburiyyətində qaldılar. Çünki onlar öz ailələrini bura gətirmək imkanına qadir deyildilər. Ancaq mənim belə bir problemim yoxdu. Buna görə də çox rahatam. Elə bu səbəbdən də bizim ailədə belə bir fikir yaranmayıb.
- Məşqdə iştirak edən futbolçuların əksəriyyətinin gənclər olduğunu gördük. Bu, sizi həvəsdən salmır?
- Gənclərlə işləmək çox maraqlıdı. Bugünə qədər başqa komandalarda da gənc futbolçularla çalışmışam. Onları qazanmaq bizim üçün çox önəmlidi. Gələcəkdə indi çalışdığım gəncləri millidə görəndə, bununla yalnız və yalnız fəxr edəcəm. Bizim məqsədimiz də budur. Fikrimcə, onlar da bu barədə düşünməlidi. Gənclərin əlində indi yaxşı imkan var.
- Aleksey Qayın "Qəbələ"nin döyünən ürəklərindən biri olduğunu desəm, yanılmaram. Onu getməklə bağlı fikrindən daşındırmaq həqiqətən də çox çətin idi?
- Fikrinizlə razıyam. Qay çox vacib oyunçularımızdan idi. Komandada qalması gənclər üçün də müsbət məqam olardı. O, elə bir insandı ki... Artıq oradakı planlarını cızıb. Çox ciddi biridi. Əgər planlarını cızıbsa, ona fikrindən daşındırmaq çətin məsələdi. Buna görə də qalması üçün israr etmədim.
- Antonovla Zenyov haradadı?
- Artıq bununla bağlı klubumuzun vitse-prezidenti mətbuata açıqlama verib. Yəqin ki, eyni fikirləri təkrarlamağım doğru olmaz. Fariz bəyin fkirləri ilə razıyam.
- Azərbaycan çempionatı təhlükə altındadı. Ola bilər ki, növbəti mövsümdə Premyer Liqada 8 komanda olsun. Komandaların sayı sizə gülməli gəlmir?
- Biz bu məsələni sakit qarşılamalıyıq. Təhlükə barədə düşünməzdim. Bəzi zamanlar var ki, mütxəlif qərarlar verilməlidi. İndi Azərbaycan futbolunda da yəqin ki, belə qərar verilməyə məcburiyyət yaranıb. Mənim şəxsi fikrimə gəlincə, 16 komandadan az olmayan çempionat xoşuma gəlir. Əgər növbəti mövsümdə 8 komanda oynayacaqsa, deməli, belə məsləhət görülüb. Komandalar hər bir şəraitini də nəzərə almaq lazımdı.
- Yeni transferiniz Filip Ozobiç xarici görünüşünə görə "Real"ın ulduz futbolçusu Luka Modriçi xatırladır. Bəs, oyunu necə?
- Qoy, o, Modriçdən daha yaxşı oynasın. Baxdığım futbolçular arasında Filipi çox bəyəndim. İnanıram ki, öz potensialını burada daha da yaxşı göstərəcək. Çox bacarıqlı futbolçudu.
- Ötən illərə nisbətən "Qəbələ" bu dəfə təlim-məşq toplanışı üçün daha yaxın ölkəni seçdi. Komandanın büdcəsinin azaldığını da bilirik. Hədəflər də azalıb?
- Bu barədə çox danışmaq lazım deyil. Bundan heç də narahat deyiləm. Rəhbərliyin qərarı ilə razılaşıb, yolumuza davam etməliyik. Ancaq inkişafı fikirləşməliyik. Bu, bizə təsir etməməlidi. Gürcüstanda sınaqçı rəqibləri də müəyyənləşdirmişik. İstərdik ki, orda olduğumuz müddətdə təlim-məşq toplanışından lazımınca faydalanaq.
- Son olaraq Ukrayna millisinin "Avro-2016" şanslarını da dəyərləndirmənizi istərdim. Ölkənizin yığmasınn gücü nəyə qadirdi?
- Mən onlara ancaq ən yüksək nəticəni arzulaya bilərəm. Ukrayna millisinin heyəti yaxşı futbolçulardan formalaşıb. Onlara lazım olan yeganə şey inamdı. Oyuna qədər zəif komanda yoxdu. Oyun zamanı qorxdunsa, bütün şanslarını da itirəcəksən. Özünə inanmalısan ki, mən bunu bacaracam!
Mənbə: Sport7.az
Avropanın rəmzi komandasında kimlər var?
Ən yaxşılar bəlli oldu: "Bavariya", "Arsenal"...
"Benfika"dan "Barselona"ya keçidi çətinləşdi
Salah qol vurdu, Misir millisi liderliyə yüksəldi
Levandovski ərəb klubuna gedir?
Fransa millisinin sabiq məşqçisi vəfat etdi
“Beşiktaş” 2 futbolçusunu heyətdən kənarlaşdırdı
"Liverpul" İsakın əvəzləyicisini axtarır
Baş məşqçi klubu tərk etməyə hazırlaşır
Ülvi Babayev klubunu dəyişir
Pelleqrini sıradan çıxdı
Komandası məğlub oldu, özü də ağır cəza aldı
"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı hədəfi
"Roma" yeni stadionunun planını təqdim etdi - Şəkil
AFFA üç klub rəsmisini futboldan uzaqlaşdırdı
Dembele ilin idmançısı seçildi
Sxadadze 4 oyunluq cəzalandırıldı
AFFA bu klubları cərimələdi
Prezident bu idmançılara mənzil hədiyyə etdi
İlham Əliyev ilin idman tədbirində - Yenilənib
“Belə olmaz, yerli məşqçilərə güvənməliyik”
Qurban Qurbanov bu ayrılığa razılıq vermədi
Millimizin sabiq futbolçusu Türkiyədə həbs olundu
Baxşıyev "Araz Naxçıvan"ı təkzib edir - Klubda nə baş verir?
Eks "Qarabağ"lı bu klubun baş məşqçisi oldu
Milli komandada yeni bombardir
"Araz-Naxçıvan" Elmar Baxşıyevi istefaya göndərdi - Rəsmi
İlin ən yaxşı futbol hakiminin adı açıqlandı
Alaba ilə müqavilə uzadılmayacaq
Alonsonun yerinə əsas namizəd odur
İngiltərə Premyer Liqasının ən yaxşı futbolçuları
Keçmiş federasiya prezidenti axtarışa verildi
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı
"Real" sabiq futbolçusunu geri qaytarır
Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır
Avropada ən çox driblinqi kim edib?
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi
"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində
"Difai"nin 5 qollu qələbəsindən - Video
Keyn, Haaland, Mbappe...
"Fənərbaxça" Şimanski ilə sağollaşır?
"Barselona" İngiltərə klubunun futbolçusuna göz dikdi