"Avro-2016"nın A qrupunda keçirilən Albaniya - İsveçrə oyunu həm də qardaş futbolçuların qarşılaşması kimi tarixə düşüb.
Qol.az-ın məlumatına görə, hər iki yığmanın heyətində Caka soyadlı futbolçular start heyətində meydana çıxıb.
Ötən ay "Arsenal"a transfer olunan Qranit Caka alban əsilli olsa da, İsveçrə millisində çıxış edir. Onun "Bazel"də oynayan qardaşı Taulant Caka isə Albaniya yığmasının şərəfini qoruyur.
Qranit Caka Albaniya - İsveçrə görüşündən öncə "tvitter" sosial şəbəkəsindəki səhifəsində paylaşdığı şəkillə diqqətləri üzərinə çəkib. Qardaşı Taulantla uşaqlıq şəklini paylaşan Qranit ingiliscə "Hazırsan qardaşım? Mən hazıram" sözlərini yazıb.
Qeyd edək ki, Albaniya - İsveçrə oyunu Avropa çempionatlarının final mərhələlərində ilk qardaş dueli kimi tarixə düşüb.
Yuxarı
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər
2-ci liqada 8-ci tura yekun vuruldu
Elvin həkim nəzarətində məşqə çıxdı - Şəkillər
“Mançester Yunayted”də ciddi itki
Azərbaycanın U-15 millisinin dünya çempionatı üçün heyəti
Xəyal etdi, inandı, qazandı
AFFA İntizam Komitəsinin qərarları açıqlandı