PSJ-ni sabiq hücumçusu Zlatan İbrahimoviç bu gün jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, kapitanı olduğu İsveç millisiylə birgə “Avro-2016”nın oyunları üçün Fransada olan İbra yerli jurnalistlərin müxtəlif mövzuda olan suallarına cavab verib.
- Gəlin, puldan danışaq.
- Olar. Pul çox şeyi həyata keçirməyi asanlaşdırır, amma xoşbəxtlik deyil. İnsanlar bunu başa düşməlidir.
- 2015-ci ildə sizin gəliriniz 20 milyon avro olub.
- Cəmi elə bu qədər?
- Təxminən.
- Yalnız ilin ilk hissəsində 20 milyon olub.
- Bu, çox böyük məbləğdir.
- Çox nəyə deyirsiniz? Mən bunu başa düşmürəm. Qiyməti bazar müəyyənləşdirir. Çox, ya az – bu, mənim problemim deyil. Bazar deyir ki, sənin qiymətin bu qədərdir. Əgər başqa oyunçu məndən on dəfə güclüdürsə, qazancı da onqat artıq olacaq.
- Başa düşürsünüz ki, bu qədər yüksək rəqəm iqtisadi böhran vaxtında çoxlarını şoka sala bilər?
- Siz bilirsiniz ki, mən nə qədər vergi verirəm?
- Yox. Deyin!
- Mən Fransaya sizin prezident Fransua Ollanddan çox kömək etmişəm.
- Amma 75 faizlik vergi indi gündəmdə deyil.
– Okey. Siz əminsiniz? Mən vergi verməkdə davam edirəm. Mən çox vergi verirəm.
- Bir az da Fransa haqda danışın.
- Mən gəldim və burada hamıdan güclü oldum.
- Bəs, başqa nəsə deyə bilərsiz?
- Yox. Bu qədər kifayətdir.
- Siz 2015-ci ilin martında Fransanı bərbad ölkə adlandıranda əhali şoka düşmüşdü.
- Bu məsələdə söhbət futboldan gedirdi. Bunun ölkənin özü ilə əlaqəsi yox idi. Düzdür, mən bu sözləri deməklə səhv etmişdim. Amma bir daha qeyd edirəm, bunlar futbola aid idi. Dörd il yaşadığın ölkəni sevməmək mümkün deyil. Əgər burda yaşamaq xoşuma gəlməsəydi, daha erkən gedərdim.
Haalanddan daha bir uğur
"Kəpəz"də yeni müqavilə
Nəriman yenə oynamadı
PSJ-nin 2 futbolçusu arasında gərginlik yaşanır - Video
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Barselona" müdafiə xəttini onunla gücləndirə bilər
14 ildən sonra Premyer Liqanı tərk etdilər
Azarkeşlərdən Qvardiolaya vida pankartı - Şəkil
"Arsenal"ın futbolçusu yenidən yaşıl meydanlarda
Türkiyə millisinin futbolçusu zədələndi
Azərbaycan güləşçiləri Avropa çempionatında 6 medal qazandı
"Şamaxı"nın legioneri milliyə çağrıldı
"Gələcək haqda heç nə deyə bilmərəm" - Jorj Kaşkilya
"Qarabağ"dan növbəti transfer - Rəsmi
Misli Premyer Liqasında mövsümə yekun vuruldu
"Ayaks" Konfrans Liqasına vəsiqəni təmin etdi
Dünya çempionatı öncəsi yoldaşlıq oyunlarını buraxa bilər
"Aşağı liqaya düşmək problem deyil"
Azərbaycan çempionatında 21 ildən sonra 500 qol
Felipe Santos “Araz Naxçıvan”dan ayrılır - Video
"İmişli" - "Karvan-Yevlax": Heyətlər açıqlandı
“Qəbələ” pley-off oyununda nominal meydan sahibi olacaq
"Sabah"ın Çempionlar Liqasındakı potensial rəqibləri
“Millinin futbolçusu meydanda həlak olmalıdır” - Video
"Zirə"nin Premyer Liqada 400-cü qolunu vurdu
Məşhur futbolçuya coşqulu vida - Video
İngiltərədə mövsümün ən yaxşı gənc futbolçusu
Kökçünün komandası Erediviziyanı tərk etdi