Fransada keçiriləcək Avropa çempionatının ən bahalı heyətə malik yığma komandası müəyyənləşib.
Qol.az-ın "Blumberq" nəşrinə istinadən verdiyi məlumata görə, siyahıya son Avropa çempionu İspaniya millisi başçılıq edir.
Prineylilərin heyətindəki 23 futbolçunun ümumi dəyəri 736 milyon dollar edir ki, bu da onları zirvədə saxlayıb. Almaniya yığması 663 milyon dollarla ikinci, Fransa isə 551 milyon dollarla üçüncü pillədə qərarlaşıb.
İlk onluqda Belçika, İngiltərə, İtaliya, Portuqaliya, Xorvatiya, Polşa və Türkiyə yığmaları da yer alıb. Ən ucuz dəyərli heyətə malik yığma Macarıstan millisi olub. Macarların heyətindəki futbolçuların ümumi dəyəri cəmi 31 milyon dollar təşkil edir.
"Avro-2016"nın ən bahalı komandaları ilə yanaşı, ən bahalı futbolçuları da müəyyənləşib. Madrid "Real"ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo bu göstəricidə hər kəsi qabaqlayıb. 31 yaşlı futbolçunun dəyərinin 116 milyon dollar olduğu bildirilib. Tomas Müller (79 milyon) ikinci, Eden Azar və Robert Levandovski isə (hər ikisi 74 milyon dollar) 3-4-cü pillələri bölüşdürür.
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər
2-ci liqada 8-ci tura yekun vuruldu
Elvin həkim nəzarətində məşqə çıxdı - Şəkillər
“Mançester Yunayted”də ciddi itki
Azərbaycanın U-15 millisinin dünya çempionatı üçün heyəti
Xəyal etdi, inandı, qazandı
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
“Sabah”ın U-19 komandası "Borussiya"ya uduzdu