Daha bir futbolçu "Avro-2016"dan kənarda qaldı

Daha bir futbolçu "Avro-2016"dan kənarda qaldı
AVRO-2016 26 May 2016 / 12:48 6140
-  A +

"Avro-2016"nın iştirakçısı olan Uels millisi ciddi itki ilə üzləşib.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, yığmanın hücumçusu Tom Bredşo zədələnərək sıradan çıxıb.

Milli komandanın məşqində əzələsini dartan 23 yaşlı futbolçu 1 ay yaşıl meydanlardan kənarda qalacaq. Artıq Bredşo Uels millisinin Fransaya gedəcək heyətindən çıxarılıb.

Qeyd edək ki, B qrupunda qərarlaşan Uels millisi İngiltərə, Rusiya və Slovakiya yığmaları ilə mübarizə aparacaq.


Qarabağ FK
Son xəbərlər
06.10.26  09:18

Son məşq - Video

topaz banner