“Neftçi”də bəzi adamlar Müşahidə Şurasının üzvlərinə yalnış məlumat veriblər, bəhanələr gətiriblər"
“Azərbaycan kubokunu finalında “Qarabağ” və “Neftçi”yə uğurlar arzu edirəm. "Neftçi" ötən mövsüm kubokun finalında "Qarabağ"a məğlub olmuşdu. Komanda finala revanş oyunu kimi çıxmalıdır. Klubun gənc futbolçuları göz qabağındadır. Bu futbolçuları illər boyu, pillə-pillə biz komanda üçün yetişdirib bu səviyəyə çatdırmışıq. Bu səbəbdən onların hər birinin potensialına bələdəm”.
Qol.az-ın müxbiri ilə söhbətində bu sözləri “Neftçi”nin sabiq-vitse prezidenti Tahr Süleymanov deyib. “Ağ-qaralar”ın hazırkı çıxışı haqda danışan T.Süleymanov Vəli Qasımovun baş məşqçi vəzifəsinə gəlişindən sonra komandada bir qədər irəliləyiş hiss olunduğunu söyləyib:
“Bu irəliləyişin kökündə isə Müşahidə Şurasının son qərarlarından biri durur. Yadınızdadırsa, idman direktoru Vəli Qasımovun və mətbuat xidmətinin birbaşa Müşahidə Şurasına tabe olmasıyla bağlı qərar qəbul edildi. Bu o deməkdir ki, Müşahidə Şurası dünənə qədər olub-bitənləri sadəcə müşahidə edirmiş. Bütün səlahiyyətlər isə icraçı direktor Elnur Məmmədovda olub”.

O qeyd edib ki, komandada uğursuz çıxış edəndə klubdakı bəzi adamlar müxtəlif bəhanələr gətiriblər: “Keçmişdən bəhanələr, gələcəkdən bəhanələr, futbolçu bəhanələri. Bəhanələrin limiti dolduqdan sonra isə artıq ayıldılar. Səhvləri daxildə axtardıqdan sonra "Neftçi" dirçəlməyə başladı. Hər zaman vurğulamışıq ki , "Neftçi"yə ikinci yer yaraşmaz. Amma "Neftçi" altıncı yerdədir. Çingiz Abdullayevin Müşahidə Şurasının sədri kimi təfəkkürü ilə komandanın indiki durumu bir-birinə tamamilə əksdir. Və gec-tez çıxış yolu tapılmalı idi. “Neftçi”də bəzi adamlar Müşahidə Şurasının üzvlərinə yalnış məlumat veriblər, bəhanələr gətiriblər. Amma ən sonda onların da limiti doldu. Bu vəziyyətdən çıxış kimi daxildə analiz edildi. Məncə, hələ ki, doğru analiz olunub. Biz bu mövsüm "Neftçi" klubunun adına yaraşmayan çıxışlar gördük”.
T.Süleymanov onu da deyib ki, yeni rəhbərliyin dövründə "Neftçi"də həddindən artıq uğursuz transfer siyasəti olub: “Komandanın adına yaraşmayan futbolçular gətirildi. "Neftçi"də hazırda elə futbolçular var ki, aylıq 20-25 min dollar pul alırlar. Bu səbəblər də bumeranq rolunu oynadı. Və komanda yeddinci pilləyə endi. Yeni mövsümdən legionerlərin hamısı dəyişilməli, komandaya Flavinyo, Almeyda, Reynaldo səviyyəli futbolçular cəlb edilməlidir. Bu halda onlar Avroliqanın qrup mərhələsi uğrunda mübarizə aparıla bilər. Vəli Qasımovun komandada qalmasının tərəfdarıyam, əcnəbinin gətiriməsinin isə əleyhinəyəm”.
Məftun RƏSULZADƏ
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı