"Komandanın gələcək planları haqda düşünürəm. Düzdür, komandadan gedənlərə ağır olacaq. Amma güclənmək üçün heyətə mütləq yeni futbolçular cəlb olunmalıdır".
Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, Gəncənin "Kəpəz" klubunun baş məşqçisi Şahin Diniyev deyib.
Avrokuboklara vəsiqəni təmin edən komandanın baş məşqçisi yeni transferlər, büdcə və digər məsələlərlə bağlı müzakirələr aparmaq üçün klub rəhbərliyi ilə görüşəcəyini bildirib:
"Bu məsələlərin planını qururam. "Zirə" ilə oyundan sonra, mayın 16-da rəhbərliklə görüşüm olacaq. İkinci görüş isə ayın 20-nə planlaşdırılıb. İkinci görüş geniş tərkibli olacaq və bütün məsələlər müzakirə olunacaq. Mən raportumu təqdim edəcəm. Bundan sonra transfer və büdcə məsələlərinə aydınlıq gələcək. Transfer məsələsində ulduz oyunçulara yox, ulduz olmaq istəyən futbolçulara, gənclərə üstünlük verəcəyik".
Ş.Diniyev hazırda komandada icarə əsasında çıxış edən "Qarabağ"ın futbolçusu Namiq Ələsgərovun məsələsinə də aydınlıq gətirib:
"Namiqlə bağlı Qurban Qurbanovla danışığımız olub. Bunu gizlətməyin mənası yoxdur. Sizin vasitənizlə Qurban müəllimə təşəkkür edirəm. O, Namiqi yeni mövsümdən "Qarabağ"da görmək istədiyini bildirib. Namiq "Qarabağ"a qayıdacaq".
50 yaşlı mütəxəssis Topaz Premyer Liqanın 35-ci turunda "Zirə" ilə keçiriləcək oyundan da danışıb:
"Son iki oyun daha vacibdir. Komanda olaraq qarşımıza qoyulan hədəfə maksimum şəkildə çatdıq. Mövsümün əvvəlində kimsə desəydi ki, "Kəpəz" avrokuboklara vəsiqə qazanacaq, inandırıcı görünməzdi. Az güclə, büdcə ilə buna nail olduq. İndiki hədəfimiz isə bütün gücümüzü ortaya qoyub mövsümü mükafatçılar sırasında başa vurmaqdır. "Zirə" ilə oyuna gəlincə, Tərlan Quliyev ötən tur qırmızı vərəqə aldığından meydana çıxmayacaq. Ceyhun Cavadov isə zədəsini sağaldıb və komanda ilə birgə məşq edir. Onun adı 18-likdə olacaq. Junior Osvaldo "Neftçi" ilə oyunun ilk hissəsində əzələlərində ağrı hiss etdiyindən əvəz olundu. Onun oynayıb-oynamayacağına həkimlər qərar verəcək".
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama