Millimizin açıq məşqi olacaq

Millimizin açıq məşqi olacaq
XƏBƏR 4 May 2016 / 13:45 1703
-  A +

Avropa çempionatının final mərhələsində sabah ilk oyununu keçirəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının bu gün məşqə çıxacaq. 

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, saat 18:00-da başlayacaq məşq Bakı Olimpiya Stadionunun 2-ci meydanında keçiriləcək.

Məşqin ilk 15 dəqiqəsi KİV nümayəndələri üçün açıq olacaq.

Qeyd edək ki, yığmamız Avropa çempionatında ilk oyununu sabah Portuqaliyaya qarşı keçirəcək.

Dünya Çempionatı 2026
Son xəbərlər
27.06.26  13:02

Muslera üzr istədi

topaz banner