Millimiz üçün Bad Erlax

Millimiz üçün Bad Erlax
XƏBƏR 3 May 2016 / 17:36 3617
-  A +

Azərbaycan millisinin növbəti təlim-məşq toplanışı zamanı məskunlaşacağı yer dəqiqləşib.

Qol.az-ın "apasport.az"a istinadən verdiyi məlumata görə, mayın 23-dən iyunun 4-dək Avstriyada hazırlıq keçəcək yığmamız Bad Erlax qəsəbəsində qalacaq.
 
Dəniz səviyyəsindən 312 metr hündürlükdə olan qəsəbə Aşağı Avstriya federal torpaqlarına daxildir. Viner-Noyştad-Land dairəsində yerləşən Bad Erlaxın 3 minə yaxın əhalisi var.
 
Bu qəsəbə Avstriyanın paytaxtı Vyanadan təxminən 70 km məsafədə yerləşir.
 
Qeyd edək ki, Robert Prosineçkinin komandası Avstriya toplanışında 3 yoxlama oyunu keçirəcək. Komandamız mayın 26-da Andorra, 29-da Makedoniya, iyunun 3-də Kanada ilə görüşəcək.

Son xəbərlər
topaz banner