Kaxaber Sxadadze rəsmən Qazaxıstan klubunda

Kaxaber Sxadadze rəsmən Qazaxıstan klubunda
GÜNDƏM 7 Aprel 2016 / 16:58 3784
-  A +

Bakı "İnter"inin sabiq baş məşqçisi Kaxaber Sxadadzenin Qazaxıstanın "Kayrat" klubuna keçidi rəsmiləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, gürcüstanlı mütəxəssis "Kayrat"la mövsümün sonuna qədər müqavilə imzalayıb.

Sxadadze yeni klubunda bir müddət öncə istefaya göndərilmiş Aleksandr Borodyuku əvəzləyib.

Qeyd edək ki, 2009 - 2014-cü illərdə "İnter"i çalışdıran Sxadadzenin son iş yeri Gürcüstan millisi olub. O, 2014-cü ilin noyabrından 2016-cı ilin fevralınadək ölkəsinin yığmasını çalışdırıb.

Daha çox


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner