Çempionlar Liqasının oyununda Azərbaycana dəstək! (VİDEO)

Çempionlar Liqasının oyununda Azərbaycana dəstək! (VİDEO)
GÜNDƏM 7 Aprel 2016 / 01:23 11430
-  A +

Son günlər Azərbaycanla Ermənistan arasında yaşanan olaylarla bağlı ordumuza daha bir dəstək Cənubi Azərbaycanın paytaxtı Təbrizdən gəlib.

Qol.az-ın məlumatına görə, Asiya Çempionlar Liqasının qrup mərhələsinin IV turunda keçirilən "Traktor Sazi" - "Paxtakor" oyununda təbrizli azarkeşlər dəstək nümayiş etdiriblər.

Onlar matçın gedişi zamanı "Sən çağırsan gələrəm mən, sən yaşa Azərbaycan, eybi yoxdu ölərəm mən, sən yaşa Azərbaycan" kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, "Traktor Sazi" - "Paxtakor" oyunu 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.



Daha çox


Son xəbərlər
19.01.26  02:25

"Barselona" uduzdu

Topaz Desktop Banner