“Qələbəyə çox yaxın olduq” – millimizin baş məşqçisi

“Qələbəyə çox yaxın olduq” – millimizin baş məşqçisi
GÜNDƏM 6 Aprel 2016 / 00:05 4676
-  A +

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində keçirilmiş Azərbaycan – Polşa oyunundan (0:0)  sonra yığmamızın baş məşqçisi Patrisiya Qonzales AFFA-nın saytına  açıqlama verib:

Qol.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis bunları deyib:

“Oyunumuz barədə müsbət fikirlər söyləyə bilərəm. Futbolçularımız yaxşı oyun nümayiş etdirdilər. Əlbəttə, ümumilikdə, turnirin şərtlərini nəzərə alsaq, ilk oyunda heç-heçə bizi tam qane edən nəticə deyil. Bununla belə, futbolçularımızın oyununa 10 ballıq sistemlə ən yüksək qiymət – 10 bal vermək olardı. Qələbəyə çox yaxın olduq. Lakin yaratdığımız epizodları qola çevirə bilmədik.”

Daha çox


Son xəbərlər