"Vərəqələrsiz keçinmək olmur" – "Kəpəz"in futbolçusu

"Vərəqələrsiz keçinmək olmur" – "Kəpəz"in futbolçusu
GÜNDƏM 1 Aprel 2016 / 14:53 2524
-  A +

"Mən komanda üçün oynayıram. Əsas olan komandanın qələbəsidir, kimin qol ötürməsi verməsinin və qol vurmasının fərqi yoxdur. Azarkeşlərimizə qələbə bəxş etdiyimizə görə sevinirik. Əsas arzumuz Avroliqaya yollanmaqdır. Bu yolda yavaş-yavaş irəliləyirik”.

Qol.az-ın məlumatına görə, bu sözləri "Kəpəz"in futbolçusu Budaq Nəsirov klubun rəsmi saytına açıqlamasında deyib.

Topaz Premyer Liqanın 27-ci turunda "Zirə"yə qalib gəldikləri oyun (2:0) haqda danışan B.Nəsirov bunları bildirib: “Onlara bundan öncəki matçlarda iki xal verib, özümüz dörd xaldan məhrum olmuşduq. Fikrimcə, əvvəlki oyunlarda da qələbə qazanmalıydıq, çünki buna çox yaxın idik. Rəqibdən üstün ola-ola heç-heçə oynamışıq. Bu dəfə nəhayət ki, üstünlüyümüzü hesabda da əks etdirə bildik".

"Zirə" ilə görüşdə sarı vərəqə almaqla mövsümdə üçüncü dəfə cəzalı duruma düşən Budaq Nəsirov qarşıdakı turda meydana çıxa bilməyəcək: “Aqressiv oynamağı çox sevirəm. Kumirim də Felipe Melodur, ondan motivasiya alıram. Melo fantastik futbolçudur, onun davamçısıyam (gülümsəyir). Hər oyunda komandama kömək etmək istəyirəm. Mübarizələri uduzmağı sevmirəm, ona görə də vərəqələrsiz keçinmək olmur".

Daha çox


Son xəbərlər
19.01.26  02:25

"Barselona" uduzdu

Topaz Desktop Banner