Van der Sar qayıdışını penalti dəf etməklə qeyd etdi (VİDEO)

Van der Sar qayıdışını penalti dəf etməklə qeyd etdi (VİDEO)
VİDEO 13 Mart 2016 / 13:50 6493
-  A +

2011-ci ildə karyerasını bitirən məşhur qapıçı Edvin van der Sar yenidən yaşıl meydanlara dönüb.
 
Qol.az-ın məlumatına görə, 45 yaşlı qolkiper gənclik illərində formasını geydiyi "Nordveyk” komandasının heyətində oyuna çıxıb.

Təcrübəli qapıçı "Yodan Boys”la qarşılaşmada 90 dəqiqə meydanda olub. O, penalti zərbəsini dəf etməklə yadda qalıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, hollandiyalı veteran qapıçı "Nordveyk”ə bir oyunluq qayıdıb. O, zədə səbəbindən qapıçısız qalan sabiq komandasına kömək məqsədilə bu addımı atıb.


 
 
 
 
 
 

Səhifənin yuxarısına keçidYuxarı

Son xəbərlər
15.03.26  15:21

Mahir Emreli ehtiyatda

14.03.26  21:41

Qavi geri dönür

topaz banner