Sloveniyanın "Domjale" klubunun baş məşqçisi Luka Elsner "Levski" ilə yoxlama görüşündə debüt edən komandanın yeni transferi Samir Məsimov haqda danışıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 33 yaşlı məşqçi Məsimovun komandanın sisteminə uyğunlaşması üçün zamana etiyacı olduğunu bildirib:
"Komandamın hazırkı vəziyyətindən razıyam. Fiziki hazırlığı yüksək səviyyəyə çatdırmışıq. "Levski" ilə yoxlama görüşündə meydana çıxan futbolçuların təcili bərpası lazımdır. Hətta yeni oyunçularımızın sistemimizə uyğunlaşması da bizi qane etmir. Mən xüsusən Alvaro Braçi, Samir Məsimov və Aksel Maravalı nəzərdə tuturam. Lakin videotəhlillərin köməkliyi ilə onların da mexanizmlərimiz və oyundakı avtomatik proseslər haqda biliklər əldə edəcəyinə inanıram. Bizim hələ çox vaxtımız var".
Qeyd edək ki, Məsimov "Domjale" ilə 3 illik müqavilə imzalayıb.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu