Bu gün Azərbaycanın voleybolçu qadınlardan ibarət "Lokomotiv" klubu Çempionlar Liqasının "pley-off" mərhələsində ilk görüşünə çıxacaq. "Report"un məlumatına görə, rəqib İsveçrənin "Volero" klubu olacaq.
Sürix təmsilçisi artıq paytaxta gəlib. Uzun müddətdir zədə səbəbində Azərbaycan millisinə dəvət almayan Nataliya Məmmədova da paytaxta gələnlər sırasındadır. Bakı klubunun heyətində isə Ayşən Əbdüləzimova zədəlidir. Əməliyyat olunan voleybolçu bugünkü oyunu buraxmalı olacaq. Belədə 12 voleybolçu ilə qalan "Lokomotiv" cərimələnməməkdən ötrü gənclərdən ibarət komandasından Valeriya Zaqorskayanı Çempionlar Liqasına sifariş edib.
Görüşü yunanıstanlı Vuduris Konstantinos və almaniyalı Ralf Barnstorf idarə edəcək. Voleybol Mərkəzində keçirilək qarşılaşma saat 18:00-da start götürəcək.
Qeyd edək ki, cavab görüşü fevralın 25-də Sürixdə olacaq (“Report”).
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu