Fariz Məmmədov: Azərbaycanın ilk peşəkar boksçusu, "Qəbələ” İdman Klubunun üzvü Fariz Məmmədov fevralın 6-da peşəkar boks tariximizdə ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda döyüşə çıxacaq. Boksçumuz Uqanda təmsilçisi Badru Lusambia ilə qarşılaşacaq.
Bu gün keçirilən açıq məşqdən sonra F.Məmmədovun jurnalistlər üçün brifinq təşkil edilib.
- İlk döyüşünüzə çıxanda nələr hiss edirdiz, indi hansı hissləri keçirirsiz?
- İlk döyüşüm yaddan çıxıb. Ancaq 7 illik fasilədən sonra keçirdiyim ilk döyüş yaddaşlardan silinə bilməz. Erməni boksçusuna qarşı döyüşmüşdüm. Döyüş həyəcanlı, gərgin olsa da, psixoloji durumum mükəmməl idi.
- Budəfəki rəqibiniz sizdən daha çox, 28 döyüş keçirib. Bu, sizi narahat etmir ki?
- Bilirsiz, peşəkar boks döyüşçünün həyat tərzidir. Əgər biz bu addımı atırıqsa, bütün çətinlikləri gözümüzün qarşısına gətiririk. Mənim üçün çətinlik yoxdur.
- Son döyüşünüzün olduğunu qeyd etmisiz. Döyüşün nəticəsi qərarınıza təsir edə bilərmi?
- Xeyr. Yaxın dostum da mənə dedi ki, niyə qabacadan bununla bağlı açıqlama vermisən? Yadınızdadırsa, 2013-cü ildə "Mənim məğlub olmağa haqqım yoxdur" demişdim. Hər kəs bunu bir cür başa düşür. Bu, sırf mənim həyatımla bağlıdır. Məni yaxından tanıyanlar nə demək istədiyimi anlayır. Rinqdə hər birinizin adından vuruşacam. Yaşamadığım, görmədiyim gücü, varlığımı ortaya qoyacam. Heç kim gözləmirdi ki, Fariz Məmmədov ardıcıl doğma divarlarda iki dəfə məğlub olacaq. Amma bu oldu. İnşallah, bu dəfə olmaz.
- Hər boksçunun karyerası ərzində görüşmək istədiyi rəqiblər olur. Belə bir döyüşçü varmı ki, onunla görüşmək istəmisiz, ancaq alınmayıb?
- 2001-ci ildən bir hədəfim var idi, mən çempion olmalıyam. Bu yola çıxmışamsa, bunu tamamlamaq lazımdır. 15 illik həsrətə son qoymaq istəyirəm. Sonsuz təşəkkürlərimi şəxsi agentim Yaşar Niftəliyevə bildirirəm. Hər zaman yanımdadır. Karyeramı ona etibar etmişəm. "Qəbələ" İdman Klubuna da sonsuz təşəkkürlərimi bildirirəm. 15 illik həsrətimi gerçəkləşdirməyimə imkan yaratdılar. Bu, Azərbaycan boks tarixində yeni səhifədir. Belə bir söz var - "Güclü olanların bəxti gətirir". İnanıram ki, mənim də bəxtim gətirəcək. Hesab edirəm ki, peşəklar boks üzrə dünya titulu uğrunda Azərbaycanda vuruşmağımın özü də bəxt amilidir.
- Rəqibi tanımadığınızı demişdiz...
- Artıq 6 aydı ki, onu tanıyıram. Bu işə məşğul olan məşqçilər var. Solaxay olduğunu deməliyəm ki, bu da boksda çətinlik yaradır. Ancaq mənim üçün çətinlik yaradacağını düşünmürəm. Çünki artıq 6 aydır ona qarşı hazırlaşıram. Rəqibi mən seçmirəm. Öz agentimə zarafatyana dedim ki, bu tankı hardan tapmısız (gülür)?.
- Fariz bəy, yorulduğunuzu qeyd etdiz. Fiziki, yoxsa mənəvi baxımdan?..
- Hərtərəfli... Hər birimizin doğulanda bir arzusu olur. Mənim də boksda hədəfim bu idi. Şükürlər olsun ki, 7 illik fasilədən sonra böyük idmana qayıtdım. Səbəbkar olan insanlara təşəkkürlərim sonsuzdur. Cəmiyyət də mənə qucaq açdı. Avropa çempionu və bir neçə titul qazandım.
- Yorulduğunuzu qeyd etdiz. Bəlkə bunun üçün görüşü daha erkən bitirəsizniz? Nokaut...
- Hər döyüşçü görüşün tez bitməsini arzu edir. Amma afrikalılar geniş nəfəsli olurlar. Onları başa vurulan zərbələrlə nokauta salmaq çətin olur. Hazırlığımız 12 raund üçün nəzərdə tutulub. Mənim özüm də çox döyüşmək istəyirəm.
- Elə bir şəxs varmı ki, onun zaldan qarşılaşmanı izləməsi sizə əlavə güc verəcək?
- Bəli, bu, sizlərsiz.
- Bəs, izləməsəni istəmədiyiniz şəxslər necə, varmı?
- Var, anam. Görüşün canlı yayımlanmaması üçün klubumuza müraciət etmişdim. Çünki hamının evdə anası var. Anam da yaşlıdı, həyəcanlanır. Həyəcanlansa, anamı özünə gətirmək üçün aylarla vaxt lazım olacaq. Amma qələbə elə mükəmməldi ki, bütün həyəcanın əvəzini artıqlaması ilə verir.
Mənbə: sport7.az
Zirədəki 5 qol - Video
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması