"Bəhanə lazım deyil" – Rəşad Sadıqov

"Bəhanə lazım deyil" – Rəşad Sadıqov
GÜNDƏM 31 Yanvar 2016 / 17:50 7860
-  A +

“Məğlubiyyətə heç bir bəhanə gətirmək lazım deyil. Rəqibi təbrik edirəm. Çoxsaylı qol epizodumuz oldu, amma istifadə edə bilmədik”.

Bu sözləri Qol.Az-a açıqlamasında “Qarabağ”ın kapitanı Rəşad Sadıqov AZAL-a uduzduqları oyundan (0:1) sonra deyib.

Təcrübəli müdafiəçi qeyd edib ki, komandada  heç kim tam formada deyil: “Ümumi olaraq oyunumuz yaxşı keçdi. Sadəcə, son nöqtəni qoya bilmədik. Bunun da səbəbləri var. Reynaldo zədəlidir, Armenteros da zədəyə görə  cəmi 30 dəqiqə oynaya bildi. Məcburiyyətdən hücumda Muarem oynadı. Muarem əvvəlki kimi olmasa da pis deyil. Açığı, ondan bunu da gözləmirdim. Düşünürdüm ki, formasını tam itirib”.

Daha çox


Son xəbərlər
06.11.25  14:33

"Qarabağ"da şok itki