"Mançester Yunayted"in futbolçusu iki aylıq sıradan çıxdı

"Mançester Yunayted"in futbolçusu iki aylıq sıradan çıxdı
XƏBƏR 27 Yanvar 2016 / 17:38 2990
-  A +

"Mançester Yunayted" ciddi itki ilə üzləşib.

Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, komandanın yarımmüdafiəçisi Eşli Yanq zədələnərək sıradan çıxıb.

Yanvarın 17-də "Liverpul"la keçirilən Premyer Liqa matçında zədələnən 30 yaşlı futbolçunun durumuna aydınlıq gəlib. O, iki ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, 2011-ci ildən "Mançester Yunayted"in şərəfini qoruyan Yanq cari mövsüm Premyer Liqada 16 oyunda iştirak edib.


Son xəbərlər
06.11.25  14:33

"Qarabağ"da şok itki