Xorvatiyadan İnfantinoya dəstək

Xorvatiyadan İnfantinoya dəstək
XƏBƏR 26 Yanvar 2016 / 21:35 2580
-  A +

Xorvatiya Futbol Federasiyası FİFA-nın prezident seçkilərində UEFA-nın baş katibi Canni İnfantinoya dəstək olacaq.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə quruun prezidenti Davor Şuker məlumat verib. O, FİFA-nın prezident seçkilərində C.İnfantinoya səs verəcəklərini bildirib.

D.Şuker C.İnfantinonu dəstəkləməyinin səbəbini belə izah edib:

"Onu uzun illərdir tanıyıram. UEFA-da yaxşı işlər görüb. FİFA prezidenti seçilərək dəyişikliklər edəcəyinə inanıram".

Qeyd edək ki, FİFA-da prezident seçkiləri fevralın 26-ı keçiriləcək.

Daha çox


Son xəbərlər
06.11.25  14:33

"Qarabağ"da şok itki