"Kəpəz" - "Ağsu" oyunu baş tutmadı

"Kəpəz" - "Ağsu" oyunu baş tutmadı
XƏBƏR 26 Yanvar 2016 / 18:07 1904
-  A +

Bu gün “Dalğa Arena”da keçirilməli olan “Kəpəz” – “Ağsu” yoxlama oyunu baş tutmayıb. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, əlverişsiz hava şəraiti səbəbindən birinci divizionun təmsilçisi matça gələ bilməyib.

Son nəticədə məşqçilər korpusunun qərarına əsasən, komanda ikitərəfli oyunla kifayətlənib.

Qeyd edək ki, “sarı-göylər” qış fasiləsi müddətində üç sınaq görüşü keçirib. Öncə Yevlaxda əvəzedici heyətə 6:0 hesabı ilə qalib gələn Şahin Diniyevin komandası daha sonra Bakıda “Qaradağ Lökbatan” (1:2) və “Neftçi” (1:2) ilə uduzub.

Daha çox


Son xəbərlər
06.11.25  14:33

"Qarabağ"da şok itki