Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” bu gün son yoxlama oyununu keçirib.
Qol.Az-ın məlumatına görə, yanvarın 10-dan Antalyada təlim-məşq toplanışında olan “qırmızı-qaralar” 3-cü sınağında Ukraynanın “Dnepr” klubu ilə qarşılaşıb. Bu matçda Roman Qriqorçukun komandası minimal hesabla uduzub - 0:1.
Qeyd edək ki, "Qəbələ" qonşu ölkədə keçirdiyi yoxlama oyunlarında Almaniyanın “Osnabryuk” (1:1) klubu ilə bərabərə qalıb və İsveçrənin “Sürix” klubuna 4:0 hesabı ilə qalib gəlib.
24 yanvar
Yoxlama oyunu
"Qəbələ" - "Dnepr" -0:1
Qol: Edmar, 39 (0:1)
“Pley-off”da final günü
İran idmançıları bəzi ölkələrə gedə bilməyəcək
Azərbaycan millisinə mükafat təqdim olundu - Video
Azərbaycan millisi FİFA seriyasının qalibi oldu
Münhen klubunu tərk edəcək
Umarali Raxmonaliyevin yığması qələbə qazandı