AFFA Klublar Komitəsinə yeni sədr seçildi

AFFA Klublar Komitəsinə yeni sədr seçildi
GÜNDƏM 24 Dekabr 2015 / 13:18 2807
-  A +

Bu gün AFFA Klublar Komitəsinin 2015-ci ilin son iclası keçirilib.

Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, iclasda Komitəyə yeni sədr seçilib.

Qarşıdakı 1 il müddətində Komitəyə Fikrət Hüseynov rəhbərlik edəcək. Üzvlər arasında keçirilmiş səsvermə nəticəsində AZAL klubunun vitse-prezidenti daha çox səs toplayıb.

Səsvermənin nəticələri:

AZAL - 6
Qəbələ - 2
Sumqayıt - 1

Qeyd edək ki, bundan öncə Komitəyə "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov rəhbərlik edib. O, bugünkü iclasda öz namizədliyini irəli sürməyib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner