"İnter"in prezidenti vəzifəsindən kənarlaşdırılan Georgi Nikolov klubun rəsmi saytına ürək sözlərini bildirib.
Qol.Az-ın məlumatına görə, Bakı klubuna uğurlar arzulayan Nikolovun fikirlərinin yer aldığı yazını olduğu kimi təqdim edirik:
"Alimlər deyir ki, hətta Kainatın da sonu olacaq. Artıq klubun prezident mandatı haqda danışmayacam.
10 il vaxt həm az, həm də çoxdr. Bu sizin etmək istədiyinizdən asılıdır. "İnter"də isə çox yaxşı işlər gördük. Bu illər ərzində bizim klubun ideyalarını dəstəkləyən hamıya təşəkkürümü bildirirəm. Və klub formalaşdı. Ən əsası bu idi. Biz də məhz bunun üçün çalışırdıq.
Ayrılarkən hamıya təşəkkür edirəm. Onların səyi olmadan bizim balaca kainatımızda uğur olmazdı. Ürəkdən sizin əllərinizi sıxıram və futbol dünyasında qazanılacaq yeni uğurlar arzulayıram.
Sizin Georgi Nikolov".
Qeyd edək ki, ötən gün "İnter" Peşəkar İdman Klubunun Müşahidə Şurasının qərarı ilə Rəşad Qasımov klubun prezidenti vəzifəsinə təyin olunub.
"Real"a keçə bilər
Messi zədələnib?
Haalanddan daha bir uğur
"Kəpəz"də yeni müqavilə
Nəriman yenə oynamadı
PSJ-nin 2 futbolçusu arasında gərginlik yaşanır - Video
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Barselona" müdafiə xəttini onunla gücləndirə bilər
14 ildən sonra Premyer Liqanı tərk etdilər
Azarkeşlərdən Qvardiolaya vida pankartı - Şəkil
"Arsenal"ın futbolçusu yenidən yaşıl meydanlarda
Türkiyə millisinin futbolçusu zədələndi
Azərbaycan güləşçiləri Avropa çempionatında 6 medal qazandı
"Şamaxı"nın legioneri milliyə çağrıldı
"Gələcək haqda heç nə deyə bilmərəm" - Jorj Kaşkilya