Misirin son çempionu "Zamalek" klubu ölkə çempionatındakı çıxışını dayandırıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, buna çempionatın 9-cu turunda səfərdə "Tala Əl Qaiş"lə keçirilən oyunun baş hakimi Mahmud Əl-Bannanın qərarları səbəb olub.
Referi oyunun 5-ci dəqiqəsində qonaqların futbolçusu Əli Qabranı meydandan qovmaqla yanaşı, meydan sahiblərinin lehinə 11 metrlik cərimə zərbəsi təyin edib. O, ikinci hissənin əvvəllərində növbəti dəfə qonaqların qapısına penalti təyin etməkdən çəkinməyib. Oyun isə meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Həmin görüşdə hakim haqsızlığı ilə üzləşdiyini iddia edən "Zamalek" buna etiraz əlaməti olaraq çempionatındakı çıxışını dayandırmaq qərarı verib. Klubun rəsmi saytında yayılan bəyanatda deyilir: "Klubun idarə heyəti Mahmud Əl-Bannanın bu oyuna təyinat almasının əleyhinə çıxdı. Ancaq görünür, burada əsas məqsəd "Zamalek"in qarşısının alınması idi".
Qeyd edək ki, çempionatın qaydalarına uyğun olaraq "Zamalek"in dördüncü diviziona göndəriləcəyi gözlənilir.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirsə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı