İdman Araşdırmalar Mərkəzinin jurnalistlər arasında keçirdiyi sorğuda “İlin ən yaxşı jurnalisti adına layiq görülən ATV kanalının məkdaşı İlkin Fikrətoğlu Qol.Az saytına fikirlərini bölüşüb.
- Sözün düzü bu mükafatı almağım mənim üçün sürpriz oldu. Çünki bu il mən jurnalistikada, yaradıcılıq sahəsində qeyri-adi bir fəallıq göstərməmişdim. Yalnız Avropa Oyunları zamanı ikiqat enerji ilə işləyirdik. Həmin vaxt da özümü xüsusi fərqləndirmək istəməzdim. Təkcə mən yox,, bütün idman mediası Avropa Oyunlarında böyük əzimlə çalışdı. Mənə səs verən həmkarllarıma təşəkkür edirəm.
- Deməli, ilin ən yaxşı jurnalisti mükafatına layiq görülməyiniz sizi təəccübləndirdi?
- 10-15 il öncə bu mükafat verilsəydi, mənim üçün təəccüblü olmazdı. Çünki həmin vaxt jurnalistika ilə daha aktiv məşğul olurdum. O, illərdə qismət olmayıb, görünür ki, həmkarlarım mənə jest olaraq bu seçimi ediblər.
- Mükafat alan zaman bir neçə həmkarınızın adını çəkdiniz ki, onlar da bu mükafata layiq idilər.
- Bəli, gənc olduğu üçün Emin Səfərova səs vermişdim. “Futbol+” qəzetinin əməkdaşı Sərxan Musalı da bu ada layiq idi. Çünki bu il çox həvəslə işlədiyini bilirəm. Ümumiyyətlə, 3-4 jurnalist var idi ki, onlara səsə verə bilərdim.
- İlin jurnalisti kimi bu sahəyə yeni gələnlərə tövsiyəniz nədir?
- Mənim üçün tövsiyə vermək hələ tezdir. Bir yerdə ki, Məzahir Süleymanzadə kimi usta qələm sahibindən mükafat alıram, gənclərə tövsiyə verməyim düzgün olmaz. Onu deyə bilərəm ki, idman jurnalistləri arasında həqiqətən də istedadlı yazar çoxdur. Həyat özü insana nələrisə öyrədir. Onlar da öyrənə-öyrənə müəyyən zirvəyə çatacaqlar.
Ergün SEYİD
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video
“Sabah” 3 turdan sonra ÇL-də neçəncidir?
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı