"Yaxşı oynasaq da, nəticə qazana bilmirik" – Qriqorçuk

"Yaxşı oynasaq da, nəticə qazana bilmirik" –  Qriqorçuk
ÖLKƏ FUTBOLU 13 Dekabr 2015 / 18:32 3567
-  A +

“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. “Neftçi” layiq olduğu qələbəni qazandı".

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə  görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Neftçi"yə uduzduqları oyundan  (0:1) sonra keçirdiyi mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis nəticənin olmamasına baxmayaraq komandasının oyunundan razı qaldığını bildirib: "Futbolçularım hücuma keçmək istəyirdilər, amma nəsə alınmırdı. Komanda ikinci dövrədə cəmi 1 qələbə qazanıb, bunu bilirəm. Biz yaxşı futbol sərgiləsək də, nəticə qazana bilmirik. Öncəki turlarda qol vura bilməsək də, aqressiv idi. Amma bu oyun belə deyildi, aqressivlik çatmadı”.

Daha çox


Son xəbərlər