“Qarabağ"ın futbolçusu Qara Qarayev Azərbaycan Premyer Liqasının XV turunda "İnter"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra Qol.Az saytının suallarını cavablandırıb.
- “İnter”lə oyun "Anderlext”lə görüşdən öncə ən çətin sınaqlarımızdan biri idi. Çünki bu komanda Azərbaycan Premyer Liqasında ən çətin klublardan biridir. Sevinirik ki, qalib gəldik
- Deyə bilərikmi bu oyunla yanaşı həm də “Anderlext” üçün hazırlaşımışdınız?
- Təbii, “İnter”lə oyuna yaxşı hazırlaşmışdıq. Çalışdıq ki, maksimum nəticə qazanaq.Dörd gün sonra "Anderlext”lə oyunumuz var. Sevindirici haldır ki, matçı zədəsiz başa vurduq. Bundan sonra diqqətimizi o oyuna yönəltməliyik.
- Belçikaya səfər öncəsi komandada psixoloji vəziyyət necədi?
- Vəziyyət yaxşıdır. İlk dövrədə komandaya adaptasiya olmamış futbolçular var idi. İndi futbolçular arasında mehribanlıq var. Düşünürəm ki, bu durum son turlarda ancaq bizim xeyrimizə ola bilər.
- Səfərdə "Anderlext”ə qalib gəlmək mümkündürmü?
- Mümkünsüz heç nə yoxdur. Amma həqiqətən də çətin olacaq.
- Etiraf edək ki, səfərdə psixoloji təzyiq altında olacaqsınız. Həm Bakıdakı məğlubiyyəti hələ də həzm etməyən “Anderlext”, həm də azarkeşləri…
- Sözsüz ki, “Anderlext”in Bakıda "Qarabağ”a məğlub olması onlar üçün sensassiya idi. Düşünürəm ki, "Anderlext” bizimlə matça revanş üçün çıxacaq. Ancaq biz də bir neçə yaxşı səfər oyunu keçirmişik. "Qarabağ” səfərdə yaxşı oynayır. Düşünürəm ki, yaxşı mübarizə aparacağıq.
- Bu mövsüm Avrokuboklarda səfərdə xal qazana bilmirsiniz. Bunun səbəbi nədir?
- Sadəcə, şansımız gətirmir deyərdim. Düşünürəm ki, "Monako” ilə səfər oyununda yaxşı oynadıq. Fransadan xalla dönməliydik. "Tottenhem”lə oyunda isə öndə olsaq da, səhvlərimizdən məğlub olduq. "Tottenhem” həqiqətən də çətin səfər idi. "Monako” ilə oyunda isə xal qazanmaq üçün bəxtimiz gətirmədi. Fikrimcə, rəqiblər bizi daha yaxşı analiz edir. Çünki onlar da səfərdə yaxşı oynadığımızı düşünür və bizə qarşı daha diqqətli oynayır.
-"Anderlext” üzərində qələbə qazansanız, bir gözünüz Londonda olacaq. Necə düşünürsən, "Totttenhem” adınalayiq oyun nümayiş etdirəcək?
- "Tottenhem” elə komandadır ki,heç kimə hədiyyə verməz. Buna baxmayaraq biz “Tottenhem”dən aslı olmayaraq öz işimizi görməliyik. Üzərimizə düşən vəzifənin öhdəsindən yaxşı gəlsək, uğur qazana bilərik. Əsas öz oyunumuza köklənməli, Londondakı nəticəni fikirləşməməliyik. Çünki göstərəcəyimiz yaxşı oyunun bu gün də olmasa, gələcəkdə bizə xeyri dəyə bilər.
-"Anderlext”lə oyunda bir xal qazansanız, bunu uğur kimi qəbul edəcəksiniz?
-Sözsüz, reytinq xalı qazanacağıq. Əsas odur ki, məğlub olmayaq. Düzdür, qrupdan çıxmaq üçün qələbə qazanmalıyıq.Məğlub olmasaq, bu bizim üçün uğur olacaq.
Ergün SEYİD
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı