"Sevinirəm ki, bir xal qazandıq" – Adil Şükürov

"Sevinirəm ki, bir xal qazandıq" – Adil Şükürov
ÖLKƏ FUTBOLU 6 Dekabr 2015 / 18:42 2691
-  A +

"Zirə"nin baş məşqçisi Adil Şükürov Premyer Liqamızın 15-ci turunda "Neftçi" ilə bərabərə qaldıqları oyundan (1:1) sonra fikirlərini bildirib.

Qol.Az-ın PFl-in saytına istinadən yaydığı xəbərə görə, o, keçirdiyi mətbuat konfransında deyib:

“Məlum faciədə həlak olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Digər tərəfdən biz gözləyirdik ki, ağır oyun olacaq. “Neftçi”yə qarşı oynamaq həmişə çətindir. Sevinirəm ki, “Neftçi” ilə oyuna yaxşı motivasiya olduq və 1 xal qazandıq. Qazanılan xala görə komandaya, “Zirə”dən gəlib bizi dəstəklədiklərinə görə azarkeşlərə təşəkkür edirəm”.

Son xəbərlər