“Qəbələ"yə faydalı olmaq niyyətilə gəlmişəm. Niyyətim indi də belədir. Az oynamağıma gəlincə, bu, futbol həyatıdır. Məndən nə asılıdırsa, edirəm. Bundan sonra necə olacağını zaman göstərəcək”.
Qol.Az-ın məlumatına görə, иu fikirləri “Qəbələ İK”ya açıqlamasında “Qəbələ”nin futbolçusu Vaqif Cavadov deyib.
26 yaşlı hücumçu ölkə kubokunadək əsas komandanın heyətinə 4 oyun keçirib. Bunlardan 3-ü Azərbaycan Premyer Liqasında, 1-i Avropa Liqasında olub. PAOK-la matçın 77-ci dəqiqəsində meydançaya çıxan Vaqif təkcə “Qəbələ”də yox, həm də karyerasında ilk dəfə Avropa Liqasının qrup mərhələsində çıxış etdi.
Salonikidə oyunun son saniyələrində qələbə topunu vurmaq şansı olan Vaqif həmin epizodu belə xatırlayıb: “Həmin epizodda ətrafımda olan komanda yoldaşlarımı gördüm. Sadəcə, oyunun son dəqiqəsi idi və məsuliyyəti üzərimə götürüb topu qapıya tərəf vurdum. Düşündüm ki, topu itirməkdənsə, belə etmək daha yaxşıdır.
Növbəti mərhələyə çıxmaq şansımız qalmasa da, qələbə qazanmaq istəyirdik. Ancaq qol imkanlarından istifadə edə bilməməyimiz öz sözünü dedi. Qrupda ilk qələbəmizi son turda “Krasnodar”la ev oyununda qazanmağa çalışacağıq”.
Komandamızda ilk vaxtlar oyun təcrübəsini əvəzedici heyətdə artıran Vaqif hazırkı durumunu belə dəyərləndirib: “Taleyimdən narazı deyiləm. İnanıram ki, komandaya faydam dəyəcək. Ehtiyatda çox qalmağım baş məşqçinin qərarıyla bağlıdır. Heyəti o müəyyənləşdirir. Az oynamaq futbolçuda bəzən ruh düşkünlüyü yaradır. Məndə isə ruh düşkünlüyü yoxdur. Hər zaman öz üzərimdə işləyirəm ki, meydançaya çıxanda hazır olum”.
Cavadov "Qəbələ"nin Aərbaycan Premyer Liqasında son oyunlarında xal itirməsinə də münasibət bildirib: “Son oyunların hamısında qalib gəlməli idik. Demək olar, tək qapıya oynayırıq. Fəqət, son nöqtəni qoya bilmirik. Bu kimi amillər psixoloji cəhətdən gərginlik yarada bilər. Amma komandada ab-hava yaxşıdır və nəyisə bəhanə etməyə əsas yoxdur. Baş məşqçi bizə güvənir və ruhdan düşməməyi tövsiyə edir. Biz isə nəticə almağı qarşıya məqsəd qoyan peşəkar klubuq. "Qəbələ"də çempion olmaq hər bir futbolçunun, o cümlədən mənim də arzumdur. İnanırıq ki, itirilən xalların yerini qarşıdakı oyunlarda qələbə qazanmaqla doldura biləyəcik”.
Qeyd edək ki, Vaqif "Qəbələ"də ölkə kubokunda debütünü qolla qeyd edib.
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"