“Qarabağ”ın futbolçusu Vladimir Dimitrovski Azərbaycan kubokunun 1/8 finalında “Şəmkir”ə qalib gəldikləri oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.Az-ın məlumatına görə, makedoniyalı müdafiəçi ilk olaraq oyun haqqında fikirlərini bölüşüb.
- Oyuna istədiyimiz kimi başlaya bilmədik. Rəqib komanda da bundan istifadə edib ilk hissədə kəsərli hücumlar təşkil etdi. Amma sonda mərhələ adlayan tərəf biz olduq. “Şəmkir”in də haqqını vermək lazımdır. Çox gözəl oyun sərgilədilər.
- Nə baş verdi ki, ikinci hissədə üstünlüyü ələ ala bildiniz?
- Baş məşqçimiz fasilədə tapşırıqlarını verdi və ikinci hissədə üstünlüyü ələ ala bildik. Əsas odur ki, qələbə qazana bildik. Düşünürəm ki, bu qələbəyə də layiq idik.
- Etiraf edək ki, divizion təmsilçisinə qarşı meydana çox rahat çıxmışdınız. Sanki, qələbə qazanacağınıza əmin idiniz.
- İstənilən halda bütün klublarda aşağı liqa təmsilçisinə qarşı motivasiya ilə bağlı problemlər olur. Amma bəzi futbolçularda yorğunluq da var idi.
- Sonuncu dəfə “Sumqayıt”la oyunda meydana çıxmısan. Uzun müddətdir oynamamağının səbəbkarı özünsən?
- “Qarabağ” böyük klubdur. Bura yeni gəlmişəm. Komandaya gec qoşulduğum üçün toplanışda iştirak edə bilmədim. Amma indi hazıram. Baş məşqçimiz nə vaxt istəsə, çxıb meydanda əlimdən gələnin ən yaxşısını edəcəm.
- Meydana az çıxdığın üçün qışda “Qarabağ”dan ayrılmağı düşünmürsən?
- Əksinə, qış fasiləsində öz üzərimdə işləyib, daha çox şans qazanmağa çalışacam.
- “Qarabağ” Avroliqada son matçını səfərdə “Anderlext”ə qarşı keçirəcək. Bu görüş haqda nə düşünürsən?
- Futbolda hər şey mümkündür. “Anderlext”i Bakıda məğlub edə bilmişiksə, Belçikada niyə olmasın? Nə qədər çətin olsa da qalib gələcəyimizə inanıram.
Ergün SEYİD
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"