“Qarabağ”ın futbolçusu Cavid Tağıyev Azərbaycan kubokunun 1/8 finalında “Şəmkir”ə qalib gəldikləri oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Fasilədən sonra vurduğunuz iki qolla mərhələ adladınız. Oyunla bağlı fikirlərini öyrənək...
- Oyunun çətin keçəcəyini bilirdik. “Şəmkir” birinci divizionda oynayan klub olsa da, “Qarabağ”a qarşı yaxşı oynadı. Hətta qol vurmaq üçün imkanları da çox oldu. Gözəl oyuna görə onları təbrik edirəm. Sevinirəm ki, növbəti mərhələyə biz keçdik.
- Hiss olunurdu ki, “Qarabağ” meydana çox rahat çıxmışdı...
- Mən belə deməzdim. Sadəcə ilk hissədə oyunumuz alınmadı. İkinci hissə başlayanda baş məşqçi tapşırıqlarını verdi və biz də üzərimizə düşən vəzifənin öhdəsindən gələrək qələbə qazandıq.
- Fasilədə baş məşqçiniz Qurban Qurbanov hansı tapşırıqları verdi ki, oyunu dəyişməyi bacardınız?
- Daha ciddi oynamağımızı tapşırdı. İlk hissədə bizim də qol epizodlarımız oldu. Elə 2 epizoddan mən yararlana bilmədim. Qurban Qurbanov da fasilədə tapşırdı ki, topu daha çox saxlayaq və qapıya zərbələrdə dəqiq oynayaq.
- “Şəmkir”dən belə mübarizə gözləyirdiniz?
- “Şəmkir” birinci divizionda 3-cü pillədə qərarlaşıb. Bizim üçün yaxşı rəqib idi. Qeyd etdiyim kimi matçın çətin olacağını bilirdik. Ona görə də bu oyuna yaxşı hazırlaşmışdıq. Həm də “Şəmkir”i yaxşı analiz etmişdik.
- Bu görüşdə bir qol və bir məhsuldar ötürmə ilə komandanın qələbəsində böyük pay sahibi oldun...
- Fərqləndiyim üçün sevinirəm. Amma bu qələbəni komanda şəklində qazanmışıq. Qələbədə hər bir futbolçunun əməyi var. Qolu kimin vurmağının fərqi yoxdur. Əsas odur ki, növbəti mərhələyə yüksələk.
- “Şəmkir”lə oyunda əsas heyət futbolçularından çoxu demək olar ki, meydanda idi. Üç gün sonra Premyer Liqada “İnter”lə qarşılaşacaqsınız, daha sonra "Anderlext"lə matç üçün Belçikaya səfər edəcəksiniz. Belə sıx qrafiklə oynamaq çətin olmayacaq ki?
- Hər iki oyuna yaxşı hazırlaşıb, qələbə qazanmağa çalışacağıq.
Ergün SEYİD
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"