Yunis Hüseynov: "Gənc futbolçuların hesabına oynadıq"

Yunis Hüseynov: "Gənc futbolçuların hesabına oynadıq"
ÖLKƏ FUTBOLU 2 Dekabr 2015 / 19:42 5141
-  A +

"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov Azərbaycan kubokunun 1/8 final mərhələsində "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldiyi matçı şərh edib.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, oyunun gərgin keçdiyini deyib:

"Qələbə qazanmağı çox istəyirdik. Kubokda qazanacağımız uğur bizim üçün stimul olacaqdı. Futbolçuları təbrik edirəm, 90 dəqiqə mübarizə apardılar.  Bu gün gənc futbolçuların hesabına oynadıq, zədəli oyunçularımız çoxdur. Bəli, biz oyun baxımından çox yaxşı işlər görmədik, amma döyüşdük”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner