Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsində

Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsində
ÖLKƏ FUTBOLU 2 Dekabr 2015 / 11:34 6473
-  A +

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyuna təyinat alıb.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda  “Rapid” (Vyana, Avstriya) – “Dinamo” (Minsk, Belarus) matçını idarə edəcək.

Ona Zeynal Zeynalov və Rza Məmmədov köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Mübariz Haşımov yerinə yetirəcək.

Qeyd edək ki, "Rapid" - "Dinamo" oyunu dekabrın 10-u keçiriləcək.

Daha çox


Son xəbərlər