“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Premyer Liqanın 14-cü turunda “Neftçi”yə məğlub olduqları oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Bu oyunda "Neftçi"nin qələbə qazanacağını gözləyən az idi. Amma “Qarabağ” etimadları doğrultmadı.
- Futbolda hər şey olur. Bu dəfə oyunumuz alınmadı. Qol imkanları yarada bilmədik. Rəqib isə cərimə zərbəsindən gözəl qol vurdu. Təbrik edirik.
- Mövqeyin yenə dəyişmişdi, sol cinahda oynamağınız nə ilə bağlı idi?
- Vəziyyət elə oldu ki, baş məşqçi sol cinahda oynamağıma qərar verdi. Mən də solda oynadım.
- Komandanı kapitan sarğısı ilə meydana sən çıxardın. İşinin öhdəsindən layiqincə gələ bildin?
- Hər oyunda yüksək nəticə vermək olmur. Oyunlar olur ki, özünü yaxşı tərəfdən göstərə bilirsən. Elə də olur ki, tam istədiyin kimi alınmır. Oyunun gedişatı bir nəfərdən asılı deyil. Bu oyunda ilk 11-lik fərqli idi. Tam istədiyimiz, fikirləşdiyimiz kimi olmadı.
- Ötən açıqlamalarından birində bildirmişdin ki, Rəşad Sadıqovun meydanda olmaması komandaya təsir edir. Çünki o, kapitan kimi meydanda çox danışır. Ancaq Rəşadın yoxluğunda kapitan sən olsan da, heç danışmırdın...
- Elə oyunlar olur ki, danışırsan-danışırsan xeyri olmur. Qapımıza vurulan qol cərimə zərbəsindən vurulub. Bundan başqa rəqibə qapımıza yaxın düşmək imkanı vermədik. Sonuncu müdafiəçi kimi komandanı arxadan daha yaxşı görür, hamıya diqqət edə bilirsən. Amma cinah müdafiəçisi kimi yalnız Elvin Məmmədovu qarşımda görürdüm və onunla yaxşı əlaqə saxlaya bilirdim. Meydanın bu tərəfindən İlqar Qurbanova və ya Əfran İsmayılova necə qışqırım? Olduğum mövqe elədir ki, oradan hamı ilə təmas qurmaq çox çətindir.
- Oyun ərzində "Neftçi"nin sol cinah müdafiəçisi Aylton tez-tez irəli gedirdi. İlqar Qurbanov isə oyundan kənar vəziyyət qeydə alınsa da, həmin cinahdan bir-birinə bənzər 2 qol vurdu. Bu, Qurban Qurbanovun tapşırığı idi?
- Yox, ba məşqçimiz elə bir şey deməmişdi. Aylton oyunu elədir ki, daim hücuma qoşulur. Onun oyununu analiz etmişdik və nə edəcəyini bilirdik. İlqar hücumameylli oyunçu olduğundan, topun daim irəli vurulmasını istəyirdi. O, hücuma qoşulanda Aylton kimi müdafiəçi problem yaşayırdı. Sadəcə, epizodların hər ikisində oyundan kənar vəziyyət qeydə alındı və qollarımız sayılmadı.
- Necə düşünürsən həmin epizodlarda qollar həqiqətən oyundan kənar vəziyyətdən vurulub?
- Bilirsiniz ki, mən arxada oynayıram. O xətti görə bilmirəm. İnanıram ki, televiziya vasitəsilə epizodun təkrarını çox adam izləyib. Bu dəqiqə onlar bilir qol idi, yoxsa yox.
- "Neftçi"nin qol vurduğu epizodda qayda pozuntusuna sən yol vermişdin. Həqiqətənmi həmin epizodda qaydalar çərçivəsindən kənara çıxmışdın?
- Mənə görə, həmin epizodda qayda pozuntusu yox idi. Çünki Ruslan Qurbanov topu çox irəli buraxmışdı. Məcbur oldu ki, özünü mənə çırpsın. Çox gözəl də tullandı. Baş hakim isə cərimə zərbəsinə qərar verdi.
- Ümumiyyətlə, hakimin qərarlarına tez-tez etiraz edirdiniz. Səncə, belə oyuna gənc baş hakimin təyin olunması nə dərəcədə düzgün idi?
- Gəlin, bu suala cavab verməyim.
- Demək, hakimlikdən narazısınız..
- Heç nə demirəm.
- Avropa Liqasında son səfər matçınız qalıb. "Anderlext"lə son oyunda "Qarabağ"ın qrupdan çıxma şansı nə qədərdir?
- Şans var və biz buna inanırıq. Əlimizdən gələni edəcəyik ki, şansımızdan maksimum yararlanaq. Dərk etməliyik ki, gedib I Divizion komandası ilə yox, "Anderlext"lə oynayacağıq.
- "Qarabağ" Avropa Liqasında səfərdə daha yaxşı oynayır, nəinki doğma meydanda. Ola bilərmi azarkeşlərimizin təzyiqi oyununuza təsir edir?
- Həm "Tottenhem", həm də "Monako" ilə ilk oyunumuz səfərdə olub. Biz o, oyunların gedişində rəqibi yerindəcə analiz edirdik. Amma ikinci matça çıxanda onların bəzi epizodlarından istifadə edərək, oyunumuzu qururduq. Ona görə də qıraqdan doğma meydanda aktiv çıxış etmədiyimiz kimi görsənə bilər.
Ergün SEYİD
Haalanddan daha bir uğur
"Kəpəz"də yeni müqavilə
Nəriman yenə oynamadı
PSJ-nin 2 futbolçusu arasında gərginlik yaşanır - Video
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Barselona" müdafiə xəttini onunla gücləndirə bilər
14 ildən sonra Premyer Liqanı tərk etdilər
Azarkeşlərdən Qvardiolaya vida pankartı - Şəkil
"Arsenal"ın futbolçusu yenidən yaşıl meydanlarda
Türkiyə millisinin futbolçusu zədələndi
Azərbaycan güləşçiləri Avropa çempionatında 6 medal qazandı
"Şamaxı"nın legioneri milliyə çağrıldı
"Gələcək haqda heç nə deyə bilmərəm" - Jorj Kaşkilya
"Qarabağ"dan növbəti transfer - Rəsmi
Misli Premyer Liqasında mövsümə yekun vuruldu
"Ayaks" Konfrans Liqasına vəsiqəni təmin etdi
Dünya çempionatı öncəsi yoldaşlıq oyunlarını buraxa bilər
"Aşağı liqaya düşmək problem deyil"
Azərbaycan çempionatında 21 ildən sonra 500 qol
Felipe Santos “Araz Naxçıvan”dan ayrılır - Video
"İmişli" - "Karvan-Yevlax": Heyətlər açıqlandı
“Qəbələ” pley-off oyununda nominal meydan sahibi olacaq
"Sabah"ın Çempionlar Liqasındakı potensial rəqibləri
“Millinin futbolçusu meydanda həlak olmalıdır” - Video
"Zirə"nin Premyer Liqada 400-cü qolunu vurdu