Kostadan Mourinyoya qarşı hörmətsizlik (VİDEO)

Kostadan Mourinyoya qarşı hörmətsizlik (VİDEO)
VİDEO 29 Noyabr 2015 / 22:36 7566
-  A +

Bu gün İngiltərə Premyer Liqasında keçirilən “Tottenhem” – “Çelsi” oyunu (0:0) zamanı qalmaqala səbəb olacaq hadisə baş verib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, oyunun sonlarına yaxın Dieqo Kosta baş məşqçisi Joze Mourinyoya etiraz edib. Matçın iştirak ərizəsində olsa da, meydana buraxılmayan hücumçu məşq formasını portuqaliyalı mütəxəssisin oturduğu yerə doğru atıb.

Oyundan sonra J.Mourinyo bildirib ki, onun Kosta ilə problemi yoxdur: “Əgər Kostanın məni təhqir etmək fikri olsaydı, üzərimə məşq forması atmazdı. Dieqo etiraz etməməlidir. Son matçlarda o, əsas heyətdəydi, bu gün isə mən dəyişiklik edib bir hücumçu ilə oynadım. Mən komandamın bugünkü oyunundan razıyam”.



Daha çox


Son xəbərlər