“Qəbələ”nin futbolçusu Ruslan Abışov Premyer Liqanın 8-ci turunda “Neftçi”yə qalib gəldikləri oyundan (1:0) sonra Qol.Az saytının suallarını cavablandırıb
- “Neftçi”yə son dəqiqə qolu ilə qalib gəldiniz. Oyun haqda fikirlərini bilmək istərdik.
- Hər oyun olduğu kimi, bu qarşılaşmanın da çətin olacağını bilirdik. “Neftçi”nin turnir cədvəlindəki yeri yaxşı olmasa da, heyətində dəyişikliklər olub. Komandada yaxşı oyunçular var. “Neftçi” adına görə hər zamanı iddialı olub. Bu özünü oyunda da göstərdi. Matçın sonuna qədər yaxşı mübarizə apardılar.
- Sadaladığın amillər çətin qələbəyə səbəb oldu?
- Yox, sadəcə olaraq meydanın vəziyyəti bizim oyuna uyğun deyildi. Biz hər zaman sürətli futbola üstünlük veririk. Meydanın quru olması buna imkan vermirdi. Amma əsas olan 3 xalı qazanmaq idi ki, buna da nail olduq. Artıq bu oyunu unudub, bütün diqqətimizi qarşıdakı görüşlərə yönəltməliyik.
- “Neftçi” 90 dəqiqə ərzində “Qəbələ”ni təzyiqdə saxlamağı bacardı....
- Çünki rəqib ən azından bir xala ümid edirdi. Biz oyunun əvvəlində qol vursaydıq, açıq futbol gedərdi və hesab fərqli ola bilərdi. Matç qolsuz bərabərliklə davam etdikcə “Neftçi”nin qələbə ümidləri də artırdı. Bizə meydanda boşluq vermirdilər. Kompakt oynamağa çalışırdılar. Biz də hücumçularımızı uzun ötürmələrlə rəqib qapıçı ilə təkbətək çıxarmağa çalışırdıq. Belə oyunlar qarşıda çox olacaq. Buna hazır olmaq lazımdır.
- Etiraf edək ki, “Qəbələ” “Neftçi”nin qapısına dəqiq zərbə vurmaqda çətinlik çəkirdi.
- Buna milli komandaların oyununun da təsiri olub. Çünki futbolçuların bəziləri milli komandaların heyətindən təzəcə qayıdıblar, çoxunda yorğunluq hiss olunur. Eyni zamanda qeyd etdiyim kimi, meydanın vəziyyəti sürtətli oyuna imkan vermirdi.
- Qarşıdan “Borussiya” ilə oyun gəlir. Bu matç haqda nə deyə bilərsən?
- Dünən “Borussiya”nın Almaniya Bundesliqasındakı oyununu izlədim. Çox sürətli futbol oynayırlar. Çətin qarşılaşma olacaq. Bizim yaxşı futbolçularımız və baş məşqçimiz var. Məşqçilərimiz rəqibi yaxşı analiz edib, öz göstərişlərini verəcək. Hamımızın ümidləri böyükdür ki, bu oyunda yaxşı nəticə əldə edəcəyik.
- Avropa Liqasında “Borussiya” ilə ardıcıl iki oyunun olması “Qəbələ”nin qrupdan çıxma şanslarına nə dərəcədə təsir edə bilər?
-Düşünmürəm ki, hər hansı təsir ola. Əsas ilk oyundur. İlk oyunda rəqibi tanıyıb cavab oyununa yaxşı analiz edəcəyik. Buna görə də ayın 22-də baş tutacaq oyun əsasdır. Biz istəyirik ki, hər şey bizim üçün yaxşı olsun.
Ergün SEYİD
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?