"Gənc futbolçularla oynadığımızı bəhanə etməməliyik"

"Gənc futbolçularla oynadığımızı bəhanə etməməliyik"
ÖLKƏ FUTBOLU 17 Oktyabr 2015 / 18:33 3756
-  A +

"Qəbələ"nin yaxşı heyəti var. Rəqib güclü futbolçulara malik komandadır. Yaxşı oyun alındı. Hər iki komandanın qol epizodları çox oldu".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin qapıçısı Aqil Məmmədov Premyer Liqanın 8-ci turunda "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. 

26 yaşlı qolkiper bərabər səviyyəli keçən matçın ən azı heç-heçə ilə başa çatmalı olduğunu bildirib: "Gənc futbolçularla oynadığımızı bəhanə etməməliyik. Bərabər səviyyəli oyun idi. Ən azı heç-heçə ilə bitməliydi.
 
İkinci hissədə rəqib təzyiqi artırdı və bir qədər geri çəkilməyə məcbur olduq. Hücum xəttində futbolçularımız təhlükəli ola bilmədi. Aqressiv olmağıma səbəb 90 dəqiqə əziyyət çəkib, sonda qol buraxmağımıza görə idi. Bütün futbolçularımız əziyyət çəkdi. Hər birinə təşəkkür edirəm".

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq