"İstənilən hesabla razılaşacaqdım" – Qriqorçuk

"İstənilən hesabla razılaşacaqdım" – Qriqorçuk
ÖLKƏ FUTBOLU 17 Oktyabr 2015 / 18:11 4164
-  A +

"Mən futbolçulardan çox razıyam. Oyunçular sona qədər oynadılar və inandılar. Mən istənilən hesabla razılaşacaqdım. Tablodakı hesab sənin oyununun nəticəsidir".
 
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Premyer Liqanın 8-ci turunda səfərdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis hesabın daha böyük ola biləcəyini vurğulayıb: "İlk hissədə çox sayda qol epizodlarımız oldu. Hesab böyük ola bilərdi, amma qollar vura bilmədik. İkinci hissədə bunu bacardıq. Futbolçulara təşəkkür edirəm".
 
Son vaxtlar adının Ukrayna millisi ilə hallanmasına münasibət bildirən Qriqorçuk belə deyib: "Mən son vaxtlar adımın Ukrayna yığması ilə hallanmasını oxuyuram. Mənə çoxlu zənglər gəlir. Mənim buna, sadəcə, şərhim yoxdur".

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq